ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

AXCP”Əgər Taleh Bağırzadənin müdafiə olunması niyə vacibdir sualına cavab almaq istəyirsizsə, çoxlarınıza məlum olmayan aşağıdakı həqiqətlərlə tanış olun”

AXCP rəyasət heyətinin üzvü akademik Nurəddin Məmmədli: Əgər Taleh Bağırzadənin müdafiə olunması niyə vacibdir sualına cavab almaq istəyirsizsə, çoxlarınıza məlum olmayan aşağıdakı həqiqətlərlə tanış olun.

Məni qəbul edən general söhbətə mədəni qınama ilə başladı. Azərbaycanı qan gölünə döndərmək istəyən radikal islamçıları müdafiə etməyimi alimliyimə və ziyalılığıma yaraşdırmadığını söylədi. Dedim ki, biz kimliyindən aslı olmayaraq haqqı pozulan istənilən vətəndaşımızı müdafiə edirik. İnanclı insanlar da istisna deyil.

Söhbət Taleh Bağırzada və silahdaşlarından gedəndə məsələyə daha da məsuliyyətlə yanaşmamız tələb olunur. Çünki biz bu insanlardan çox özümüzü müdafiə edirik. General bunun nə demək olduğunu qoruşdu. Bildirdim ki, Nardaran hadisələri AXCP-ni radikal islamçılarla əlaqədə olmaqla suçlamaq və partiyanı tamamilə məhv etmək üçün nəzərdə tutulan bir əməliyyat idi. Yoxsa partiyamızın əsas xadimlərindən olan Fuad Gahramanlinın eyni cinayət işi ilə əlaqəli şəkildə həbs olunaraq, işgəncələrə məruz qoyulması nə deməkdir?  Əlavə etdim ki, bu gün digər cəbhəçilərin də eyni taleyi yaşamamalarının yeganə səbəbi Tale bəy və yoldaşlarının inanclı insanlara xas olan mərdliklə bütün işgəncələrə dözərək, sizin qurduğunuz ssenarini alt-üst etmələri oldu.

Əgər bu insanlar işgəncələrə dözməyərək cəbhəçilərlə əlaqələri olduğunu və Nardaranda “tapdığınız” qırıq-salxah silahları AXCP sədri Əli Kərimlidən aldıqlarını etiraf etsələriydi mən də daxil olmaqla bütün partiya rəhbərliyi indi tamamilə başqa yerdə olardıq.

Ona görə də bizim bu gür gördüyümüz iş geniş mənada həm də insanlıq borcunun ifadəsidir.
Etiraf edim biz bu kompaniyanı uğurla davam etdirdik. Çəkdiyimiz zəhmət öz bəhrəsini verdi, daxildə və xaricdə Azərbaycanda mömin insanlara münasibət əsaslı şəkildə dəyişdi.

Ölkəmizdə radikal islamçıların inqilab törədəcəklərinə dair yalançı təbliğat iflasa uğradı. Haqları pozulan inanclı insanların əksəriyyəti siyasi məhbus kimi tanındılar və müdafiə olunmağa başladılar.  
Sonda vurğulamaq istəyirəm ki, Taleh Bağırzadə və silahdaşları 
əsl qəhrəman və ləyaqətli soydaşlarımız olduqlarını şəxsi nümunələri ilə təsdiq etmiş insanlardırlar və bütün gücümüzlə  müdafiə olunmalıdırlar.

AXCP rəyasət heyətinin üzvü akademik Nurəddin Məmmədli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button