Xəbərlər

Kalininqrad azərbaycanlıları qorxu içindədir

Azərbaycanlıların regional-mədəni muxtariyyətinin başçısı Nadir Ağaev Biryulevo hadisələrindən sonra həmvətənlərimiz arasında təlim keçməyə məcbur olub

Kalininqraddakı Azərbaycan diasporu millətçilər tərəfindən həmvətənlərimizə qarşı təxribatlar ola biləcəyindən ehtiyat edir. ANS PRESS “Klops”a istinadən bildirir ki, azərbaycanlıların regional-mədəni muxtariyyətinin başçısı Nadir Ağaevin dediyinə görə, Biryulevo hadisələrindən sonra həmvətənlərimiz arasında təlimat keçməyə məcbur olub. Təlimatın əsas məqsədi təxribata uymamaqla bağlı olub.

“Bu hadisələrdən sonra bir neçə gün ərzində mən hamını yığdım və hər bir kəslə danışdım ki, təxribata uymasınlar. Biz gözəl anlayırıq ki, təhqiredici hərəkətə və ya sözə hər bir özünə hörmət edən kəs reaksiya verə bilər. Amma mən xahiş etdim ki, heç kim buna reaksiya verməsin”, − deyə Nadir Ağayev bildirib.

O dəqiqləşdirib ki, millətçilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı təxribat cəhdləri Kalininqrada olub, amma uğurla nəticələnməyib.
Hazırda Kalininqrad vilayətində 5 minə yaxın azərbaycanlı yaşayır.

Birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button