ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa İttifaqı siyasi həbslərlə bağlı bəyanat yaydı

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse prezidenti Cozep Borrellin mətbuat katibi Peter Stanon siyasi həbslərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Avropa İttifaqı hüquq müdafiəçiləri və siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatdır.
Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olanları azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.
Aİ Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə və demokratik islahatları təşviq etməyə sadiqdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button