ArxivXəbər lentiXəbərlər

Nazir müavini: “Azərbaycan və İran arasında tibbi sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir”

İran səhiyyə nazirinin Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq.

Bunu APA-nın Iran bürosuna açıqlamasında İranın səhiyyə nazirinin müavini və Nazirliyin sözçüsü İrəc Hərirçi deyib.

İ. Hərirçi deyib ki, Azərbaycan və İran arasında tibbi, elmi əməkdaşlıq çox yaxşı səviyyədədir. “Səhiyyə və dərman preparatları istehsalı sahəsində iki ölkə arasında müqavilələr mövcuddur. Bu sənədlərin olması göstərir ki, iki ölkənin tibbi sahədə əməkdaşlığı üçün münbit şərait mövcuddur. Ümid edirik ki, İranın səhiyyə nazirinin Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq”

İ.Hərirçi deyib ki, bu gün Azərbaycanda və Naxçıvanda çoxlu İranlı həkimlər fəaliyyət göstərir: “Bu həkimlər ağır əməliyyatlar, o cümlədən böyrək köçürmə əməliyyatı və digər əməliyyatlar həyata keçirir. Azərbaycandan isə çox sayda həkimlər İran universitetlərində elm dərəcəsi üzrə təhsil alır. Ümumilikdə, iki ölkə arasında tibbi sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir“

O əlavə edib ki, Təbriz Universiteti müştərək əməkdaşlıq üçün əsas təhsil ocağıdır: “Bir neçə ay öncə Azərbaycan rəsmiləri ilə əməkdaşlıq sazişi imzalanıb və onun icrası ilə iki ölkə arasında tibb sahəsindəki əməkdaşlıq daha da artacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button