ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Aşura bir tarix, Kərbəla bir məkan deyil

Kərbəla yalnız coğrafi məkana və tarixi zamana aid olan bir hadisə deyil. Kərbəla hər dövrə, hər zamana, hər məkana aid olan bir məsələdir. Kərbəla hətta bizim daxilimizə də aid olan məsələdir.
Bizim daxilimizdə bir Kərbəla mərəkəsi var. Aşura bizim içimizdədir. Əba Əbdillah (ə) – bizim içərimizdəki müsbət yüklü mənəvi tutumumuzdur. Hər an bizi tövbə etməyə, düz yola gəlməyə çağırır. Hər an ölümü bizim yadımıza salır. Yadımıza salır ki, artıq qocalmağa doğru gedirik. İçərimizdə mövcud olan həqiqət hər gün bizə yaşadığımız bu dünyanın müvəqqəti olduğunu bildirir. Bunlar sanki içərimizdə Əba Əbdillahın (ə) mübarək qoşunudur.
İçərimizdə Yezid (lən) də var. Qəzəblidir, şəhvətlidir, hər zaman nəyisə istəyir, heç nə ona bəs etmir. İçərimizdə bu mərəkə var, bu savaş var. Hər gün içərimizdə olan Əba Əbdillah (ə) qoşunu ilə Yezid (lən) qoşunu qarşı-qarşıya gəlir. Hər gün ki, nəfsani istəklərimiz içimizdə qalib gəlir, sanki içimizdə olan Yezid (lən) qələbə çalır. Bir Rüqəyyə, bir Əli Əkbər, bir Əli Əsğər məzlum olur içimizdə.
Hər gün, hər həftə nə qədər Zeynəbləri (s.ə) içimizdə ağlar qoyuruq? İçimizdə nə qədər Əba Əbdillahın (ə) əhdini qırırıq? İçimizdə nə qədər bu hal olur?
Aşura bir mücərrəd mövzu deyil. Hər günümüz Aşuradır. Hər günümüz seçimdir. Öz içərimiz, daxilimiz Aşuradır. Aşuranın bütün iştirakçıları içərimizdədir. Biz nə halda, nə vəziyyətdəyik? Kimin tərəfindəyik? Daxilimizdəki cəngin nəticəsi nə olur? Aşura ideallarına nə qədər sadiqlik – bu cəngin, bu savaşın nəticəsini məhz bununla şərtlənir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button