ArxivXəbər lentiXəbərlər

Tehrandan Ankaraya dəstək – “Peşman edəcəyik”

ABŞ-ın Rusiya və ABŞ-ın ardınca Türkiyəyə də sanksiya tətbiq etməsindən sonra Ankaraya ilk dəstək rəsmi Tehrandan gəlib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, türk lirəsinin dəyərdən düşməsindən sonra İran prezidenti Həsən Ruhaninin xüsusi təmsilçisi Mahmud Vaizi onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mesajını çatdırıb. Vaizi rəsmi Tehranın Amerika hökumətini bu addımlarına görə peşman edənədək mübarizə aparacağını bildirib.

Ərdoğan da öz növbəsində Ruhaninin mesajını almaqdan məmnunluğunu bildirərək, İranla əməkdaşlığı davam etdirəcəklərini nəzərə çatdırıb. O, yaxın günlərdə iranlı həmkarı ilə görüşmək istədiyini də deyib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button