ArxivXəbər lentiXəbərlər

Türkiyədə terrorçular tutuldu-2-si azərbaycanlıdı-VİDEO

Türkiyə polisi partlayış törətmək istəyən terrorçuları yaxalayıb.

Vetenugrunda.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları İstanbulun turistlərin çox sevdiyi Bayrampaşa rayonuda yerləşən ticarət mərkəzini partlatmağı planlaşdırırmışlar.

Terrorçular 16:30 radələrində ağ rəngli avtomobillə ticarət mərkəzinə gəliblər. Avtomobildən düşərkən terrorçuları polislər saxlayıb.

Hadisə yerinə çağrılan partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər avtomobildə partlayış törədiblər.

Qeyd edək ki, İstanbulda ötən gecədən başlayaraq həyata keçirilən “DEAŞ əməliyyatı” çərçivəsində 70-ə yaxın şübhəli şəxs tutulub.

24 saat ərzində keçirilən əməliyyat zamanı İzmirdə 10, Bursada 39, Ərzurumda 22 şübhəli saxlanılıb və müxtəlif növ silahlar, partlayıcı qurğular ələ keçirilib.

Saxlanan terrorçulardan 37 nəfərinin Suriya, 2 nəfərinin isə Azərbaycan vətəndaşı olması haqqında məlumat verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button