Astara imam cüməsi Azərbaycan Respublikasının Fələstinin işğal olunmuş ərazilərində səfirliyinin açılmasını pisləyib
Astara cümə namazının xətibi Azərbaycan Respublikasının Fələstinin işğal olunmuş ərazilərində səfirliyinin açılmasını pisləyib.
Urumi deyib: “Təəssüf ki, şiə və mömin xalqı Əhli-beytə (ə) sadiq olan qonşu ölkəmiz Azərbaycanın dövlət xadimləri cinayətkar İsraillə əlaqələrini genişləndirib, orada səfirlik açıblar.
Qafqaz Həqiqətləri İnformasiya Agentliyinin məlumatına görə, liman və sərhəd şəhəri olan Astaranın cümə imamı Höccətül-İslam Məhəmməd Cavad Baqiri Urumi cümə namazı xütbələrinin bir hissəsində İslam ölkəsi İndoneziyanın sionist rejim olan İsrailin futbol komandasının bu ölkədə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət dünya çempionatında iştirakına etiraz və müxalifətini yüksək qiymətləndirib və əlavə edib: Daxildən dağılan və məhv olan sionist rejim hətta müxtəlif idman sahələrində də təcrid və diqqətsizliyə məruz qalıb.
O, vurğulayıb: Halbuki dünyanın bir çox ölkələri və xalqları qondarma sionist rejimin cinayətlərini pisləyir və onunla əlaqələrini məhdudlaşdırır. Çox təəssüf ki, şiə və mömin xalqı Əhli-beytə (ə) sadiq olan qonşu ölkəmiz Azərbaycanın dövlət xadimləri cinayətkar İsraillə əlaqələrini genişləndirir və orada səfirlik açır.
qafqaz.ir/az