Xəbərlər

ABŞ-ın hesabatında Azərbaycan azad ölkələr sırasında !

ABŞ-ın Heritage Fondunun və Wall Street Journal qəzetinin birgə hazırladığı İqtisadi Azadlıq İndeksi adlı hesabatda Azərbaycan İqtisadi Azadlıq İndeksində 178 ölkə arasında 81-cidi yerdə göstərilibdir.

ABŞ təşkilatlarının hesabatında Azərbaycan Respublikası orta hesabla azad ölkələr sırasında hesab olunubdur.
Bu barədə iqtisadçı ekspertlər azad iqtisad əsasları sayılan prinsipləri ölkədə bahalaşmaya səbəb olan amil bilirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli İslamazeri saytı ilə müsahibədə bu ildə Azərbaycanda bahalaşma barəsində bildirib : “Neftin qiymətinin təxminən 30 % artması digər sahələrədə təsir göstərəcək. Əsasən kənd təsərüffatı və ərzaq sahələrinə. Çünki onların həm istehsalında, həmdə daşınmasının maya dəyərində yanacağın xüsusi çəkisi faiz etibarı ilə həddən artıq yüksəkdir. Ona görədə kənd təsərrüfatı və ərzaq mallarının qiymətində ciddi bahalaşma olacaq. Çox güman ki, 2014-cü ildə inflyasiya ilk dəfə olaraq ikirəqəmli həddə olacaq. Amma hökumət bunun əvvəlki illərdə birrəqəmli olaraq göstərirdi. Bu isə əhalinin real gəlirinə ciddi təsir göstərəcək. 2014-cü ildə əhali gəlirində ciddi azalmanı hiss edəcək.”
İqtisadçı ekspert əlavə edib : “Son dövrlərdə iri şirkətlərdə ixtisarlarında olduğunun şahidi oluruq. Buna səbəb isə əvvəlcədən hökumətin qeyri effektiv idarə etmə metodundan istifadə edilərək ştatların şişirdilməsi yolu ilə işsizliyin, sosial gərginliyin azaldılması üçün bu metoddan istifadə etməsidir. Artıq hasilatın aşağı düşdüyü bir dövrdə, neft gəlirlərinin azalmağa doğru getdiyi bir dövrdə bu metod özünü doğrultmur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button