AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Astara imam cüməsi: Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır

Məhəmmədcavad Baqiri deyib: “Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır və bu ölkənin prezidenti İrana dostluq əlini uzatmalıdır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Astaranın imam cüməsi höccətül-islam Məhəmmədcavad Baqiri Urumu bu şəhərdə keçirilən cümə namazının ikinci xütbəsində Azərbaycan prezidentinin son günlər İran İslam Respublikasına qarşı qeyri-adi davranışlarına və qəribə bəyanatlarına toxunaraq deyib: “Azərbaycan Respublikası bizim mədəniyyətimizin və kimliyimizin bir parçasıdır və heç kim bu ölkəyə İran İslam Respublikası kimi mehriban və xeyirxah ola bilməz.”
İmam cümə Azərbaycan Respublikası prezidentini ABŞ və avropalıların əhdə vəfalı olmadıqlarından ibrət götürməyə çağırıb və bildirib ki, iki qədim qonşu bölgənin vəziyyətini daha yaxşı idarə edə bilər və əcnəbilərin artıqtamahlığının qarşısını ala bilər.
Məhəmmədcavad Baqiri vurğulayıb: “Azərbaycan Respublikası prezidenti Türkiyənin yeni-osmanlı xam xəyalının aktyoruna çevrilib. Halbuki, onun yalnız bir yolu var: İran İslam Respublikasına dostluq əlini uzatmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button