ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Anar Kərimov: “Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir”

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın İslami İrşad və mədəniyyət naziri Mehdi İsmaili ilə görüşüb.

 görüşdə A.Kərimov İran və Azərbaycan arasındakı əlaqələrdə yeni səhifə açılacağına inandığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edə bilər:

“İrana səfərdə məqsəd iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı mədəniyyət əlaqələrinin də inkişaf etdirilməsidir. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Kitab sərgisinin təşkili, ədəbiyyat sahəsində əməkdaşlıq buna nümunədir.”

O İranın Azərbaycanın işğaldan azad olmuş ərazilərində xüsusilə Şuşada fəaliyyət göstərməkdə maraqlı olmasını alqışlayıb.

O İranın İslami İrşad və mədəniyyət nazirini Azərbaycana səfər etmək üçün dəvət edib.

Görüşdə Məhəmməd Mehdi İsmaili iki ölkə arasında olan əlaqələri dostluq və qardaşlıq əlaqələri adlandırıb.

Məhəmməd Mehdi İsmaili əlaqələrinin inkişafı qarşısına çıxan maneə olarsa onu aradan qaldırmalıyıq.

O iki ölkə arasında yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağını və bunun əlaqələrin inkişafına təkan verəcəyini deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button