ArxivXəbər lentiXəbərlər

Azərbaycandakı hepatit xəstələrinin sayı açıqlanıb

“Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib”.

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub: “Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu aşkarlanıb. 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılara da rast gəlinib. Belə ki, 1042 nəfərdə virus olsa da, onlarda xəstəlik aşkarlanmayıb. Yəni, onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər”.

H.Qədirova qeyd edib ki, eyni anda həm B, həm də D viruslu hepatitə yoluxan insanların sayı 160 nəfər, həm B, həm də C virusundan 156 nəfərdir. 493 nəfər isə serroz olub: “1259 nəfərdə müalicəyə əks göstəriş olub. 6266 nəfərə müalicə yazılıb ki, onlardan 1153 nəfərin müalicəsi bu gün də davam edir. Bundan başqa, keçən il ərzində 59 nəfərdə hepatit A, 160 nəfərdə hepatit B, 154 nəfərdə isə hepatit C virusu artıq xroniki hal alıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button