ArxivXəbər lentiXəbərlər

Türkiyədə 10 min ailə bu açıqlamadan sonra peyvəndlərdən imtina edib

Türkiyədə uşaqların peyvənd edilməsinə qarşı çıxan professop Canan Karatay haqqında cinayət işi qaldırılıb.

Professor Canan Karatay haqqında Ankara prokurorluğunda istintaq başlayıb. Canan Karatay haqqında prokurorluğa şikayət edən Türkiyə Səhiyyə nazirliyinin rəsmisi Mehmet Ceyhan bildirib ki, Canan Karatayın peyvənd haqqında açıqlamalarından sonra peyvəndən imtina edən ailələrin sayı 10 minə çıxıb. Onlar  peyvəndin içində aliminum və civənin çoxluğundan narahatdılar.

Qeyd edək ki, keçən il Canan Karatay tibb dünyasını sirkələyən açıqlama vermişdi. Həmin açıqlamanı sizə təqdim edirik: “Donuz qripi zamanı peyvənd edilmədi. Mən uşaq həkimi deyiləm, amma qrip peyvəndinə qarşıyam. Yaşlı insanlar qrip peyvəndi vurdurmasınlar. Çünki içində aliminum var. Aliminum isə insanda Alzaymr xəstəliyi yaradır. İnsanların bədəninə aliminum vurmağa ixtiyarınız yoxdur. Halbuki yaşlı insanlar düzgün qidalanma ilə immunteti artıra bilərlər. Bu il edilən peyvənd  keçən il ən çox keçirilən viruslardan hazırlanır. Halbuki bu ildə eyni viruslara yoluxa biləcəyimizi kim sübut edə bilər? Peyvənd vurulmasını 10% xeyirli olduğunu söyləyib, 90% məcburi hala gətirməyə ixtiyarınız yoxdur. İnsan düzgün qidalanaraq bədənində D vitamini artırsa onun peyvəndə ehtiyacı olmaz. Çünki D vitaminin heç bir zəhərli təsiri yoxdur. Ailələr uşaqlarına peyvənd etdirmək yerinə şəkər, bal, bəhməz və bir sıra paketlənmiş məhsulları veməsinlər. Uşaqlarını kənd yumurtası ilə bəsləsinlər.Mən uşaq həkimi deyiləm. Ailələr uşaq həkimləri ilə məsləhətləşsinlər”

Qaratay ona hücum edənlərə belə cavab verib: “Hər kəs fikrini açıq söyləyə bilir. Mən 50 illik həkiməm. Dörd qitədə həkimlik etmişəm. Bu dediklərimin hamısı 7 il öncə yazılmış kitablarda var. Gedib o kitabları oxusunlar. Mənə hücum etməsinlər!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button