ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında bank əməkdaşlıqları

İran İslam Respublikası və Azərbaycan arasında bank əməkdaşlıqlarının genişləndirilməsi yolları İranın Mərkəzi Bankının rəisinin Bakıya olan bir günlük səfərində araşdırılıb.

İRİB-nin verdiyi məlumata görə İranın Mərkəzi Bankının rəisi Vəliyullah Seyf bazar ertəsi günü Bakıda Azərbaycan Mərkəzi Bankının rəisi Elman Rüstəmov, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Şurasının rəisi Rüfət Aslanlı ilə 3 saatlıq iclasda iki ölkə arasında bank əməkdaşlıqlarının genişləndirilməsi yollarını müzakirə edib.

Seyf bu iclasın sonunda müzakirələrin gedişindən razılıq edərək, ticarət əlaqələrinin daha da asanlaşdırılması üçün iki ölkənin ticarət bankları arasında əlaqələrin qurulmasını, milli valyuta ilə işləmək üçün özəl bank hesablarının açılmasını və turistlərin istifadə edə bilməsi üçün iki ölkənin milli elektron kart sistemləri arasında əlaqənin yaradılmasını bu iclasda müzakirə edilən əsas mövzulardan adlandırıb.

İranın Mərkəzi Bankının rəisi əlavə edib: Bu iclasda həmçinin, təklif edildi ki, İranın Milli Bankının Bakıdakı filialı müstəqil bir Azərbaycan bankına çevrilsin. Amma, səhmlərinin sahibi İranın Milli Bankı olaraq qalsın.

Azərbaycan Mərkəzi Bankının rəisi Elman Rüstəmov da bu iclasda irəli sürülən təklifləri müsbət qarşılayıb və deyib: Azərbaycan iki ölkə arasında münasib bank əlaqələrinin qurulmasına çalışır.

İclasın sonunda qərara alındı ki, müzakirələrin yekunlaşdırılması məqsədi ilə gələn həftə Azərbaycanın bir ekspert heyəti Tehrana səfər edərək, müzakirələr aparsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button