AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İmam Xameneinin “Fəcr” ilahi nəğmələr festivalına müraciəti

Qafqaz.ir xəbər verir ki, Həzrət Ayətullah Xamenei İranda ilk milli və beynəlxalq “Fəcr” ilahi nəğmələr festivalının bağlanış mərasiminə məktubla müraciət edib.

İslam İnqilabının rəhbərinin çərşənbə günü bu festivala ünvanladığı məktubun mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə

İlahi nəğmə mənəvi və əməli dəyərlərin yayılması üçün qiymətli bədii potensiallardan biridir. Qrup ifasında şeir, səs və musiqinin simfonik tərkibi dünyanın hər yerində dini və milli nəğmələrin müstəsna təsirinin sirridir. Allaha şükürlər olsun ki, İran bədii üslubu və incəsənəti bu sahədə də əziz ölkəmizi liderlər sırasında yerləşdirə bilib.

İlahi nəğmələrin təbliğində əməyi olan hər kəsə təşəkkür edərək, bütün qeyd olunan bu üç sahədə (şeir, səs, musiqi) diqqətli olmağı, zərərli üslublardan çəkinməyi, islami, inqilabi və milli mövzulara üstünlük verməyi tövsiyə edirəm.

Allahın salamı və bərəkəti üzərinizə olsun!

Seyid Əli Xamenei

21 Tir 1401 (12 İyun, 2022)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button