ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Allahşükür Paşazadə Gürcüstanın din xadimləri ilə görüşüb – FOTO

Nümayəndə heyətinin üzvləri – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov qəbula görə təşəkkür ifadə edərək, səfərin təşkilinə görə səfirliyə minnətdarlıq bildirib, işğaldan azad olunan ərazilərə səfəri böyük həyəcanla gözlədiklərini vurğulayıblar.

Din xadimləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasını qürurla qarşıladıqlarını, şəhidlərimizin ruhuna dualar oxuduqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, Gürcüstan din xadimlərinin Azərbaycana səfəri ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Mayın 23-dək davam edəcək səfər çərçivəsində din xadimləri Bakı, Gəncə ilə yanaşı, Füzuli, Ağdam və Şuşa şəhərlərini də ziyarət edəcəklər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button