AktualAktualArxivXəbər lentiXəbərlər

Həsən Amuli: “XİN Ərdoğanın İran səfərini gözdən keçirməlidir”

Höccətil İslam cümə xütbəsində Yəmənə edilən təcavüz mövzusuna toxunub
İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdəbilin cümə xətibi  Seyid Həsən Amuli İran Xarici İşlər Nazirliyinin Türkiyə prezidenti Ərdoğanın İran səfərini yenidən nəzərdən keçirməsini istəyib. Ərdəbildə cümə xütbələri zamanı Səudiyyə Ərəbistanının Yəmənə hücumundan danışan Amuli Səud rejiminin Amerika, BMT Təhlükəsizlik Şurası və fitnəkar sarayın nökərləri olan Ərəbistanın vəhhabi müftilərindən Yəmənə hücum icazəsi alaraq bu ölkənin daxili işlərinə qarışdığını bildirib. Türkiyənin Səudiyyəni dəstəkləməsini və İrana dil uzatmasını tənqid edən Amuli İran Xarici İşlər Nazirliyinə Ərdoğanın İrana edəcəyi səfəri yenidən nəzərdən keçirməsini tövsiyə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button