ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Allahı müdafiə edənlər əslində nə istəyir? Bir ateistin mövqesizliyinin hüdudları harada bitir?

Son günlər inanca ünvanlanmış mövzular gündəmə gətirilməklə diqqət mərkəzində qalmaqdadır.

Xüsusi olaraq Allaha ünvanlanan həqarət, haqlı narahatlıqla ölkənin hər bir vicdanlı vətəndaşını hiddətləndirdi. Buna fərqli etiraz reaksiyaları sərgilənərkən, qarşı tərəfin də mövzudan yayınma halı, iddiaları yalalanma cəhdləri özünü müxtəlif formada göstərdi. Bəziləri belə bir halın ümumiyətlə baş vermədiyini iddia edərkən, digərləri bir az azdırıcı davranaraq Allaha qarşı hər hansı bir təhqirin mümkünsüzlüyünü bildirərək etiraza qalxan insanların əməllərini “Allahın müdafiəsi” olaraq gülüc adlandırdılar. Onlar iddia edirlər ki, məgər bəndə də Allahı müdafiəyə qalxa bilərmi? Ümumən Allahın müdafiəyə ehtiyacı varmı? Bu əməlləri ilə Allaha qarşı təhqirə qalxanların addımlarını siyasiləşdirməyə çalışaraq, mövzunu polis zorakılığından uzaqlaşdırmaqla fikirlərdə yanlışlıq yaratmağa çalışdılar.
Mövzunu iki istiqamətdə araşdırmaqla bu fikirlərin arxasındakı əsas oyunçuların məqsədini aydınlatmağa çalışcağıq. Birinci, həqiqətən də Allahın bəndə tərəfindən müdafiəsinə ehtiyacı varmı fikiri və ikincisi, bu fikri iddia edən tərəfin kimliyi.
Əvvəla bunu xatırladaraq başlamalıyıq ki, aləmlərin yaradıcısı olan Allah ehtiyacsızdır. Bu bir aksiomadır. Elə beyin qarışdıranlar da bu fikirdən istifadə edib insanları həqiqətdən yayındırmağa çalışırlar. Bəs əgər Allah ehtiyacsızdırsa, bizim onu müdafiəmiz hansı anlamdadır? Belə suala izahı elə iddiaçıların mətiq əsasına uyğun vermək daha məqsədəmüvafiqdir. Bu isə əqli əsaslarla mümkündür deyə, Quran və hədisə əsaslanan cavabları dindən əsla anlamayan iddiaçılara söyləməkdən ötüşək.
Belə ki, bu məsələ qanunlar toplumunun müdaifəsi ilə müqaisələndirililə bilər. Yəni görəsən qanunun bizim onu müdafiəsinə ehtiyacı varmı? Əgər varsa, onda o qanun özü bizi necə qoruya bilər? Bax elə aldadıcı manevr bu məqamdadır. Əslində bizim qanunların müdafiəsinə qalxan addımlarımız, elə özümüzə yönəli dəyərlərin qorunması üçündür. Yəni, qanunu müdafiə edən şəxs öz əminaman rifahı, təminatlı və təhlükəsiz həyatının təminatçılığına imza atır. Onun qorumağa çalışdığı qanun qorunma təminatçısı olan qanundur. İnsanın Allahı müdafiəsi əslində özünün inanc, inam və əqidəsinin sərhədlərini qoruma mexanizmini işə salır. Əqidəsini müdafiə edən şəxsin bu aktı namusunu, vətənini, insanlığı qoruyacaq bir toplumun mövcudluğunu qoruması deməkdir. Bir az da aydınlatsaq Allahın müdafiəsinə qalxan şəxs bütün maddi və mənəvi təkamülə xidmət edən gözəllikləri qoruyur və bunun əleyhinə olan pisliklərdən imtina edir. Bu, həqiqətdə onun ehtiyacının tam özü olaraq səciyyələnməlidir ki, inancı qoruyan şəxs əqidənin qorunması ilə yanaşı namus və qeyrət kimi xüsusi dəyərləri, sosial ədalət olan ictimai dəyərləri və insanlıq deyilən ümumbəşəri dəyərləri qorumuş olacaq.
Qeyd etdiyimiz dəyər elə vətən mövzusunda da keçərlidir. Vətəni qoruyan şəxs vətənin ona ehtiyacı kimi fikirləri səsləndirsə də, əslində öz ehtiyaclarının ödəniləcək dəyərlərin mövcud sərhədlərini bu sözün çətiri altında qorumuş olacaq. Bu sadə nümunə şübhəsiz Allahın ali varlığından misal olaraq uzaqdır.
Bəs bu fikrin iddiaçıları kimlərdir? Kimlər bu düşüncədə özlərini ironiyalı gülüşlə “ağıllı” bilir? Təəssüf ki, bir ömür Allahın varlığını inkar edən ateislər. Maraqlı budur ki, REAL TV-dən səslənən bu ifadələrin sahibi əslində belə iztehza ilə bir çox məkanlarda və məqamlarda Allahın varlığına gülüb. Bu da bir aksiomadır ki, belə insanın Allaha gülməsi onun düşüncə tərzinə müvafiqdir. Demək Allahı tanıyanlarda olan sadalanan cəhətlərin bu şəxsdə olmaması onun gəlib çıxdığı yeganə reallıdır: Bunun digər adı yaltaqlıqdır. Yaltaqlıq insanı elə bir həddə gətirir ki, bir ömür inkar etdiyi Allahın varlığını kimlərinsə göstərişi ilə var olaraq mdafiə etməyə çalışır. Bu bir ateist düşüncəsinin gəlib çıxacağı mümkün həddir.
Sonunda, Allahın təhqirinə yol verənlərin cəzalanması bu disskusiyyaların yol açacağı geniş gündəmə qoyula biləcək son nöqtədir.
Müsəlman Birliyi Hərəkatının Təhlil və Araşdırmalar Mərkəzi.
27.06.2022.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button