ArxivXəbərlər

Heydər Əliyev fondunun Rusiyadakı fəaliyyətləri

Heydər Əliyev fondunun Rusiyadakı fəaliyyətlərinin genişlənməsindən xəbər verən fondun vitse-prezidenti bildirib ki, Azərbaycan Respublikası MDB-də yeganə ölkədir ki, məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb.

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti leyla Əliyeva “Moskovskiy komsomolets” qəzetinə eksklüziv müsahibədə Volqoqrad və Həştərxan vilayətlərinin həyatında fəal iştiraka görə medal aldığını deyib.
leyla Əliyeva deyib : “Mənim üçün müqəddəs knyaqina Olqa ordenini almaq böyük şərəf idi. Həştərxanda iki dəfə olmuşam. Bizim orda çoxlu layihələrimiz var-biz park açmışıq, məktəbi rekonstruksiya etmişik, Azərbaycanla Rusiya arasında dostluq körpüsü açmışıq. Bu yaxınlarda knyaz Vladimirə heykəl qoyduq. Həmçinin oradakı məbədin qayğısına qalırıq.”
Heydər Əliyev fondunun vitse-prezidenti əlavə edib : “Mən hesab edirəm ki, bizim ölkələrimiz arasında dostluğu möhkəmləndirməyə yönələn daha çox tədbirlər təşkil etmək lazımdır. Əlbətdə ki, mədəniyyət mübadiləsi də lazımdır. Azərbaycanda rus dilini, ədəbiyyatını, mədəniyyətini yaxşı bilirlər.Bizim ölkəmiz MDB-də yeganə ölkədir ki, məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Rus dövlət universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin filialı da açılıb. Bu, olduqca qiymətlidir, çünki mənim fikrimcə rus dili dünyanın ən zəngin dillərindən biridir.”/irib/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button