ArxivQadin və hicabXəbər lentiXəbərlər

Avropa Məhkəməsi hicablı xanımı müdafiə etdi

Avropa İnsan Hüquqları Ali Məhkəməsi Belçikada hicablı geyiminə görə dini azadlıq hüquqnun tapdanılaraq məhkəmə zalından çıxarılan müsəlman qadının lehinə hökm verib.

Vetenugrunda.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Xanım Hacər Laşiri 2007-ci ildə qardaşının ölümü ilə əlaqədar Belçikada məhkəmə zalında hicabla iştirak edib. Bunu görən hakim müsəlman xanımın geyiminin məhkəminin gedişində mənfi təsir qoyduğunu bəhanə edərək onu zaldan çölə çıxartdırıb.

Hacər Laşiri əvvəlcə Belçika məhkəmələrinə və daha sonra isə Avropa İnsan Hüquqları Ali Məhkəməsinə məktubla müraciət edib.

Avropa İnsan Hüquqları Ali Məhkəməsi Belçika məhkəməsinin bu qərarını dini azadıqların ədalətsizcəsinə pozulması kimi dəyərləndirərək elan edir ki, məhkəmə zalında nizam-nitizamı qorumaq üçün qadınların hicabsız olması zəruri deyil. Buna görə də Hacər Laşir xanımın dini hüquqları tapdalanıb.

Bu ilk dəfədir ki, Avropada bir məhkəmə müsəlman qadının baş örtüyü geyinməsi barədə müsəlmanların lehinə rəy verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button