ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Aliməqamlı Rəhbər: İranofobiyanın əsas səbəbi İranın Fələstinə dəstək verməsidir

İslam İnqilabının Aliməqamlı Rəhbəri iranofobiya planının arxasında duran əsas səbəbin İran İslam Respublikasının Fələstinə açıq şəkildə dəstək verməsi olduğunu vurğulayıb.
Qafqaz.ir-nin məlumatına əsasən, İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün “Məbəs” bayramı münasibətilə bir qrup dövlət rəsmisi, İslam ölkələrinin nümayəndə və səfirləri, beynəlxalq Quran yarışlarında iştirak edən qonaqlarla görüşüb.
İran İslam Respublikasının işğal olunmuş Fələstində məzlumları dəstəkləməkdə açıq-aşkar mövqelərinə işarə edərək buyurublar: “Təəssüflə Fələstin xalqına kömək etməyə borclu olan hökumətlər İranofobiya məsələsini təbliğ edən ölkələrlə əməkdaşlıq edirlər”.
Həzrət Ayətullah Xamenei Fələstin məsələsini İslam xalqının ən mühüm zəiflik və yaralarından biri hesab edərək, əlavə ediblər: “Bir xalq və bir ölkə İslam dünyasının gözü qarşısında vəhşi, bədxah və xəbis bir varlığın sonsuz zülmünə məruz qalır, İslam ölkələri sahib olduqları böyük sərvətə və geniş imkanlara baxmayaraq, bu haqsızlığı nəinki seyr edirlər, hətta bu ölkələrin bəziləri, xüsusən də son dövrlərdə bu qaniçən varlığa yoldaşlıq etmişlər”.
“İş o yerə çatıb ki, Amerika, Fransa və bir sıra başqa ölkələr müsəlmanların problemləri ilə məşğul olmaq barədə iddialar irəli sürməklə özlərinə İslam dünyasının işlərinə qarışmaq haqqı qazandırırlar, halbuki bu ölkələr öz problemlərinin həllindən və ölkələrinin idarəçiliyindən acizdirlər”, deyə İslam İnqilabının Aliməqamlı Rəhbəri vurğulayıblar:
Həzrət Ayətullahül-üzma Xamenei sözlərinin davamında qeyd ediblər ki, əgər İslam ölkələri din alimlərinin, o cümlədən Nəcəfdəki din alimlərinin göstərişlərinə qulaq assaydılar və qəsbkar varlığa qarşı möhkəm dayansaydılar, o zaman Qərbi Asiya regionunda vəziyyət tamamilə fərqli olardı və bu gün İslam ümməti bütün sahələrdə daha birləşmiş və daha güclü olacaqdı.
İslam İnqilabının Aliməqamlı Rəhbəri bəyanatlarının başqa bir məqamında İran İslam Respublikasının işğal olunmuş Fələstində məzlumları dəstəkləməkdə açıq-aşkar mövqelərinə işarə edərək deyibilər: “İslam Respublikası heç kəsi nəzərə almır və Fələstin xalqını açıq şəkildə dəstəkləyib müdafiə etdiyi halda, bundan sonra da onlara hər cür kömək etməyə davam edəcək”.
Sonda İslam İnqilabının Aliməqamlı Rəhbəri “Besət” təlimlərinə qayıtmağı, müsəlman xalqların birliyini və yekdiliiyini, İslam ölkələrinin həqiqi əməkdaşlığını İslam ümmətinin bütün problemlərinin həlli yolu kimi dəyərləndiriblər və bir daha Türkiyə və Suriyada baş vermiş və hər iki ölkədə çoxlu sayda vətəndaşın həyatına son qoyan zəlzələ hadisəsindən təəssüfləndiyini bildirərək, əlavə ediblər: “Fələstin və Amerikanın müdaxiləsi kimi siyasi məsələlərin əhəmiyyəti hər hansı bir şəraitdə İslam ümmətinin nəzərində olmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button