ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

BQXK-nın daha üç avtomobili Laçın yolundan maneəsiz hərəkət edib

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on üçüncü günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
 Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət edib.
Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirdilər.
Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button