ArxivIslamXəbər lentiXəbərlər

Ramazanın ilk cümə günü 180 min fələstinli Məscidul-Əqsada cümə namazı qıldı (FOTO)

İşğalçı İsrail rejiminin  məhdudiyyətlərinə baxmayaraq Ramazan ayının ilk cümə günü  Məscidul-Əqsada 180 min fələstinli cümə namazı qılıb.
qafqaz.az, bu barədə Fələstin İnformasiya Mərkəzinin “Tvitter” səhifəsində məlumat verilib.
Qüds İslami Vəqflər İdarəsinin direktoru  Şeyx İzam Xətib bildirib ki,  cümə namazı  Məscidul-Əqsada və ətraf səhnlərdə təşkil olunub.
Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələri 40 yaşından aşağı olan fələstinlilərin məscidə daxil olmasına mane olub.
Əqsa məscidində cümə namazını qılmaq ümidilə Qüdsə daxil olmaq şansı əldə etmək üçün İsrail rejimi ordusunun Beytləhmdəki nəzarət-buraxılış məntəqəsində  minlərlə fələstinli sübh tezdən gözləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button