İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranda 2024-cü il martın 1-nə təyin edilmiş seçkilər ərəfəsində bu gün çərşənbə günü ilk dəfə səs verəcək gənclər və şəhid ailələri ilə görüş keçirib.
Ali Məqamlı Rəhbər bu görüşdə xalqın seçkilərdə güclü və şövqlu iştirakını milli qüdrətin təzahürü, milli təhlükəsizliyin qarantı və İranan göz dikmiş düşmənlərin məyusluq amili kimi dəyərləndiriblər və buyurublar: “Müxtəlif motivlər və səbəblərə görə, İran məsələlərini diqqətlə izləyən, ABŞ, Avropadakı siyasətçilərin əksəriyyəti, xəbis sionistlər, sərmayədarlar və böyük şirkətlər hər şeydən çox xalqın seçkilərdə iştirakından və İran xalqının gücündən qorxurlar”.
Həzrət Ayətullahül-üzma Xamenei güclü və coşqulu seçkilərin ən mühüm nailiyyətinin güclü şəxslərin seçilməsi, güclü parlamentin formalaşması, nəticədə isə ölkə problemlərinin həlli və ölkənin inkişafı olduğunu bildirərək, əlavə ediblər: “Güclü parlament böyük işlər görə və böyük addımlar ata bilər”.
O, Həzrət seçki üçün ən münasib namizədin xüsusiyyətləri ilə bağlı buyurublar: “Ən münasib şəxs dinə bağlılıqda və onun üzərində işləməkdə başqalarından yaxşı və üstün olan, ökənin müstəqilliyində ən çox israrlı olan və xarici güclərə arxalanmayan, korrupsiyaya qarşı daha ciddi mübarizə aparmağa inanan, milli maraqlara daha ciddi yanaşan və milli maraqları ölkənin asayişini, inkişafını və izzətini öz maraqlarından və fraksiya təəssübkeşliyindən daha üstün tutan şəxsdir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri söhbətlərinin başqa bir hissəsində Qəzzə məsələsini İslam dünyasının əsas məsələsi hesab edərək, buyurublar: “Qəzzə məsələsi İslamı dünyaya tanıtdı və göstərdi ki, sionistlərin bütün bu dəhşətli hücumları və cinayətləri qarşısında xalqın gücü, müqaviməti və təslim olmamasının səbəbi İslam və dindir”.
O, Həzrət əlavə ediblər: “Qəzzə məsələsi dünyaya Qərb mədəniyyəti və sivilizasiyasının reallığını göstərdi və bəlli oldu ki, bu mədəniyyətdən doğan siyasətçilər hətta sionistlərin fələstinlilərə qarşı soyqırımını belə etiraf etmək istəmirlər və bəzi boş sözlərə baxmayaraq, onlar praktiki olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyaraq, cinayətlərin dayandırılmasının qarşısını alırlar”.
Həzrət Ayətullahül-üzma Xamenei Amerika Hərbi Hava Qüvvələri zabitinin sionist rejimin cinayətlərinə etiraz olaraq, özünü yandırmasını ABŞ-ın qeyri-insani siyasətlərinin və Qərbin korrupsioner və zülmkar mədəniyyətinin rüsvayçılığının kulminasiya nöqtəsinə çatmasının əlaməti adlandırıblar və qeyd ediblər ki, hətta Qərb mədəniyyətdə tərbiyə almış bu gənc onun rüsvayçılığının dərinliyini başa düşüb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri sonda İslam, müsəlmanlar və Qəzzənin tam qələbə çalacağına ümid etdiyini bildirib.