Qafqaz.ir “mehrnews”ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali lideri Ayətullah Xamenei Binyamin Netanyahu barəsindəki Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi haqda danışıb.
O deyib ki, Netanyahu haqqındakı BCM orderi yetərli deyil, “bu (İsrail) rejimin(in) cani liderinin barəsində” edam hökmü çıxarılmalıdır.
Ayətullah Xamenei bildirib ki, İsrail mütləq şəkildə süqut edəcək.
O, həmçinin İsrailin Qəzza sektoru və Livandakı bombardmanlarına da toxunub.
“Sionist rejimin Qəzza və Livanda etdikləri qələbə deyil, müharibə cinayətidir“, – deyə İranın Ali lideri qeyd edib.
“İndi isə (Binyamin Netanyahu və Yoav Qallatın) barələrində həbs əmri verilib. Amma bu yetərli deyil! Netanyahu və bu rejimin cani liderləri edam ilə cəzalandırılmalıdır“, – deyə o əlavə edib.
O bəyan edib ki, İsrailin hərbi cinayətləri, İsrailin gözləntilərinin əksinə, Livanda, Qəzzada, Fələstində müqavimətin güclənməsinə ilə nəticələnəcək.
HƏMÇİNİN OXU: BCM Netanyahu və Qalantın həbsinə order verdi