ArxivXəbər lentiXəbərlər

Hadı Rəcəbli yenə xalqı qınadı: “İSRAFÇIDIRLAR”

“Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyasının yekun konfransında deyib.

Deputat Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə də toxunub:

“Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button