ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Akif Heyderli “Hacı Mövsüm Səmədovon, AZADLIĞI HAQQ EDİR”

2011-ci ilin bu günü, yəni 7-si yanvar axşamüstü Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və qurumun bir neçə funksioneri işdən çıxarkən saxlanıldı. Onlar əvvəlcə yaxındakı polis bölməsinə aparıldılar. Siyasi partiya mənsublarının Dövlət Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanma səbəbi getdikləri nəqliyyat vasitəsinin yol hərəkət qaydasını pozması kimi izah olunsa da, sonradan onlar Nərimanov Rayon Məhkəməsinə aparıldılar və haqlarında həbs qətimkan tədbiri seçildi. İş saatından xeyli keçməsinə baxmayaraq baş verən saxlanma prosesinin çox çevik və sanki hər kəsin bundan ötrü yerində olması təəssüratı yaratdı və əməliyyatın qabaqcadan planlı təşkilinə dair şübhələri tam aradan qaldırdı. Və artıq bu gün 10 ildir ki, sadə saxlanma əməliyyatının acı və haqsız nəticələrini Azərbaycan cəmiyyəti görür. Həbsə səbəb nə idi?
Qısaca olaraq AİP sədrinin sadə Azərbaycan vətəndaşından tutmuş ölkənin birinci şəxsi olan Prezidentənə kimi narahat etdiyi keçmiş Dağlıq Qarabağ probleminin həlli, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə tələblərini dilə gətirməsi və hakimiyyəti yol verilən nöqsanlara görə ciddi tənqid etməsi. Çox şükürlər olsun ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsini şanlı ordumuzun və qəhrəman əsgərlərimiz Hacı Mövsümün də dediyi kimi İmam Hüseyn şəhadət məktəbini keçərək tarixi qələbə ilə başa vurdu. Və məhz bu döyüşlərdə Mövsüm Səmədovun oğlunun iştirakı, “Cəsur əsgər” medalı ilə təltif olunması heç də təsadüfdən irəli gəlmir. Necə deyərlər ot kökü üstə bitər. Digər tərəfdən də ölkədə aparılan islahatlar, rüşvətxor və korrupsiyaya bulaşmış məmur dəstəsinin həbsə alınması hələ o vaxt dilə gətirilənlərin obyektivliyi kimi qiymətləndirilməlidir.
Bütün baş verən gerçəkliklərə baxmayaraq Hacı Mövsüm Səmədov hələ də həbsdədir. Bu bir ziddiyyət, həm də haqsızlıq kimi başa düşülməli, cəmiyyətimizdə hər kəs ləyaqətinə və dəyərinə görə qiymətləndirilməlidir.Məncə Hacı bütün mənalarda azadlığı haqq edir. İnanıram ki, ruhani alim, dəyərli insan, Vətənini sevən Hacı Mövsüm Səmədova qarşı bütün ambisiyalara son qoyulacaq və o, tezlikllə ailəsinə, onu sevən dostlarına qovuşacaq.
Şəkildə bunlar ola bilər: 1 nəfər, saqqal və gözlük
Kamran Qedirov, Zahid Sahbazov və başqa 23 nəfər
8 Rəy
6 Paylaşma
Bəyən

 

Rəy
Paylaş

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button