ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Akif Heydərli Hacı İlham Əliyevin doğum gününü təbrik etdi

İslaminSesi-nin baş redaktoru Akif Heydərli ilahiyyatçı alim Hacı İlham Əliyevin doğum gününü təbrik edib.

Təbrikdə deyilir: “Bu gün mehriban insan, dəyərli dost, təqvalı ruhani alim, gözəl ailə başçısı Hacı İlham Əliyevin doğum günüdür. Bütün müsbət insani məziyyətlərilə yanaşı Hacı həm də əqidəsinə sadiq, İslam yolunda fədakar, mübariz əməllərə malik ictimai-siyasi xadimdir.

Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi məsul siyasi vəzifə daşıyan qardaşımızı siyasi qurumun bütün üzvləri adından doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Hacıya İslama bağlı olan uğurlu talehində və gələcək həyat yolunda Allahdan gələn ən uca zirvələr diləyirik.

Çox təəssüf hissilə onu da qeyd etmək istəyirik ki, Hacı İlham bu il də döğum gününü zindanda qeyd edir. Amma inanırıq ki, qolu qandallı məhbus həyatı onu azad bəşəri dəyərdən məhrum edə bilməz. Hacıya tezliklə bu çətin anların sona yetişməsini, ailəsinə qovuşaraq şad günlərini dost və həmkarları ilə birgə keçirməyi arzulayırıq. İnanırıq ki, Hacı İlham haqq etdiyi cismani azadlığa da tezliklə qovuşacaq, tutduğu şərəfli və izzətli yolunu inamnla davam etdirəcək. Dəyərli qardaşımızı bir daha təbrik edir, ona səadət və bərəkət ətirli ömür diləyirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button