ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xamenei müsəlman dünyası və Yaxın Şərqin son durumu haqda danışıb

Ayətullah Xamenei bu gün “Məbəs” bayramı ilə bağlı etdiyi çıxışında Yaxın Şərqin son durumu haqda mühüm fikirlər səsləndirib.

Qafqaz.ir  xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei “Məbəs” günü ilə bağlı çıxış edib və bu çıxışda müsəlman dünyasının son durumu haqda əhəmiyyətli fikirlər səsləndirib.

Quranın Məhəmməd peyğəmbərə nazil olmasından, islam dininin insanlara təqdim edilməsinin rəmzi olan “Məbəs” gününün əhəmiyyətindən və müsəlman dünyasının bu günü yaşatmasının zəruriliyindən danışan Ayətullah Xamenei bildirib ki, indiki dövrdə mübariz ruhiyyəli, zəmanəsini tanıyan, fəzilətli və alim fəqihlər “Məbəs” gününün müddəalarını həyata keçirməkdədirlər.

Ayətullah Xamenei çıxışı əsnasında Yaxın Şərqin hazırki vəziyyətinə də toxunub. O Yaxın Şərq və müsəlman dünyasındakı vəziyyət haqda bunları deyib:

“Altı ildir ki, Amerika ilə iş birliyində olan ərəb ölkəsi Yəmənin məzlum camaatını mühasirəyə alıb, onların evlərini, məktəb və xəstəxanalarını vurur, Onları iqtisadi mühasirədə saxlayır. Onlara qidanın çatdırılmasına mane olur. Amma bu yəmənlilər müdafiə üçün bir vasitə ərsəyə gətirib, cinayətə cavab verəndə terrorçu deyə ittihamlandırırlar. Bu ittihamlara BMT də qoşulur. BMT-nin işi bu məsələdə Amerikadan da pisdir.”

“Onların yalançı olmasını göstərən məsələlərdən biri də budur ki, dünyanın ən böyük atom silahı anbarına malikdirlər. Dünyada yeganə dövlətdir ki, atom bombasını istifadə edib. Amma indi kütləvi qırğın silahının əleyhinə olduğunu bildirir, bu məsələdə digərini ittihamlandırır. Halbuki ən təhlükəli və ən pis kütləvi qırğın silahı onların öz əlindədir.”

“Onlar öz vətəndaşını mişarla doğrayan şəxsi dəstəkləyir. Sonra da insan hüquqlarını istədiklərini bildirirlər.”

“Amerika dəfələrlə etiraf edib ki, İŞİD-in biz yaratmışıq. Siyasi rəqabət zamanı deyirdilər ki, o biri tərəf yaradıb. Belə bir terror təşkilatını yaradıb və sonra onu bəhanə edib, bölgədə hərbi baza qururlar.”

“Bununla belə İranın bölgədə olmasına kin-küdurətlə yanaşırlar. Halbuki İranın orada olması hərbi qüvvələr müstəvisində deyil, hərbi məşvərətçilər müstəvisindədir. Onlar buna sabitliyi pozan amil kimi baxırlar. Biz oraya getmiş olsaq da mərkəzi və legitim dövlətin dəvəti ilə getmişik.”

“Amerika gərək, İraq və Suriyadan çıxsın. Bu barədə ölkə parlamentinin qanunu var ki əcnəbi qüvvələr çıxmalıdırlar…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button