ArxivXəbər lentiXəbərlər

Ehud Barak: “İsrail rejiminin ordusu İranla bacarmaz”

Sionist İsrail rejiminin sabiq baş naziri Ehud Barak Yediot Ahranot qəzetinə verdiyi müsahibəsində, onun dövründə İsrail rejiminin baş qərargah rəisi olan Qadi Eşkenazinin ordunun İrana hücum təşkil etmək gücünün olmadığını söyləməsi səbəbilə hücumun reallaşmadığını söyləyib.

Deyerler.org Al-Qudsa istinadən xəbər verir ki, Ehud Barak İrana qarşı hücum təhdidlərinin əsl hədəfinin Amerikanın bu ölkəyə qarşı sanksiyalarının gücləndirilməsi və ya ABŞ-ın bu hücumu bilavasitə özünün etməsini təmin etmək olduğunu etiraf edib: “Amerikalılar bizim bu layihəmizdən xəbərdar oldular, bizim kəşfiyyat qurumlarımızın rəhbərləri də bu hücumun əleyhinə oldular və amerikalı həmkarları ilə bu mövzuda mütəmadi məsləhətləşmələr edirdilər”.

Ehud Barak ABŞ-ın sabiq prezidentləri Corc Buş və Barak Obamanın bu plana qarşı çıxdığını, lakin İsrail rejiminin qərarına da hörmətlə yanaşacaqlarını qeyd etdiklərini söyləyib. O, İsrail rejiminin bu hücumu etməyə qərar verəcəyi təqdirdə, bu hücumdan bir neçə saat əvvəl Amerikanı xəbərdar edəcəklərini bildirdiklərini və ABŞ rəsmilərinin də İsrail rejiminə istənilən dəstəyi təmin etməyə söz verdiyini bildirib.

İrana qarşı hücumun reallaşması üçün “əməliyyat gücü, beynəlxalq legitimlik və dərhal hərəkətə keçmək” kimi, üç mühüm şərtin eyni anda baş verməli olduğunu deyən Barak, əks təqdirdə İsrail rejiminin gələcəkdə də bu hücumu həyata keçirə bilməyəcəyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button