ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP Məhəmməd peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti ilə bağlı dünya müsəlmanlarına başsağlığı verib

AİP Məhəmməd peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti ilə bağlı dünya müsəlmanlarına başsağlığı verdi.
Bəyanatda deyilir:
“Hicri təqvimi ilə səfər ayının 28-i əziz İslam Peyğəmbərinin və İmam Həsənin rehləti günüdür. Bu münasibətlə Azərbaycan İslam Partiyası zəmanəmizin imamı İmam Zaman (ə.f) və onun naibi Rəhbər müəzzəm İmam Seyid Əli Xamenei başda olmaqla bütün müsəlman aləminə başsağlığı verir.
Rəhmli və bağışlayan Allah bəşəriyyətin xilası, insanların dünya həyatlarının nizama salınması, əbədi xoşbəxtliklərinin təmin olunması üçün onların arasından qanun və şəriət sahibi olan beş ulul-əzm peyğəmbəri seçmişdir.
Həzrət Muhəmməd sonuncu Peyğəmbər olaraq Rəhman Allah tərəfindən İslam dinini də yer üzündə sonuncu din kimi göndərilmişdir. Həzrət Mühəmmədin vasitəsilə Uca Allah yer üzünə yeni bir dövrün, yeni ictimai münasibətlərin, yeni mədəniyyətin və yaşam tərzinin əsasını qoydu ki, bunun çərçivəsindən çıxmaqlı bütün hallarda fitnə-fasadların yaranmasına, bəşəriyyətin və insanlığın fəlakətlərə sürüklənməsinə səbəb olur.
Rəhmsizlik, qəddarlıq, zülm və hər cür təcavüz məhz insanların İslam nizamından sapmaları, dinə qarşı düşmənçilik və dinsizlikdən irəli gələn fəsadlardır ki, sadə insanlar bunun acısını çəkir. Yer üzərində ədalət qıtlığı və zülmkarlıq cəmiyyətləri qarşısıalınmaz xaoslara və qarşıdurmalara doğru sürükləyir.
Rəhmli Allah bu nizamsızlığa dözür və səbr edir. Uca yaradan insanları pislərdən nəticə çıxara bilməyəcək qədər aciz və zəlil hesab etmir. Real nümunə olaraq səmavi dinləri Allah Təala mahiyyəti ilə insanlara düz yol göstərən və insanları bunu dərk edəcək qədər ağıl, düşüncə sahibi qərar vermişdir.
Biz bir daha əziz Peyğəmbərimizin (s) və İmam Həsənin (ə.s) rehləti-dünyalarının dəyişməsi ilə əlaqədar dünya müsəlmanlarına başsağlığı veririk”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button