ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan Azərbaycana xəbərdarlıq edir: “sülh üçün yaranmış tarixi şansı sarsıtmayın”!

Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağda humanitar böhran pisləşməkdə davam edir.
O, Nazirlər Kabinetinin iclasında deyib: “Ermənistan hökuməti iyulun 26-da Dağlıq Qarabağa humanitar yardım göndərmək qərarına gəlib, lakin Azərbaycan tərəfi bunun qarşısını alaraq ərzaq və dərman daşıyan 19 yük maşınının Laçın dəhlizindən keçməyə mane olub.
Paşinyanın sözlərinə görə, humanitar karvanın qarşısının alınması Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım törətmək istəməsi ilə bağlı qorxuları daha da təsdiqləyir.
“Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran o həddə çatıb ki, vəziyyətə beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində daha böyük səylər tələb olunur, xüsusən də Azərbaycan hələ də Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarını yerinə yetirmir”, – deyə Paşinyan bildirib.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dərhal cavab verib.
Bildirilib ki, Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığmır.
Nazirliyin sözçüsü Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur.
“Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür. Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir”, – deyə XİN sözçüsünün şərhində vurğulanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button