ArxivXəbər lentiXəbərlər

AİP: İnqilab Rəhbərinin son məktubu gənclərə həyat yolunu işıqlandırır

Növrəstə İbrahimova İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin son məktubunu hazırkı təlatümlü dünyada gənclərə həyat yolunun işıqlandırıcısı adlandırıb.

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Səhər Beynəlxalq Televiziyasının Bakıdakı müxbirinə verdiyi müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə olan son məktubuna toxunub və deyib: Gənclər həqiqətləri anlamalıdırlar ki, bu cinayətlər qarşısında müqavimət göstərsinlər.

Növrəstə İbrahimova Həzrət Ayətullahülüzma Xameneinin son məktubunu hazırkı təlatümlü dünyada gənclərə həyat yolunun işıqlandırıcısı adlandırıb və deyib: Bu məktubda İslam İnqilabının Böyük Rəhbəri terrorizmin nəhs nəticələrinə toxunaraq gənclərdən istəyiblər ki, bu hadisələrdən təcrübə alsınlar və dərin düşüncə və lazımi bəsirətlə islam barəsində dərin araşdırma aparsınlar və şərafətli həyat yolunda addım atsınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button