ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP hüzndolu məhərrəm ayının gəlişi ilə başsağlığı verdi

“Hicri-Qəməri təqvimi ilə ilin birinci ayı olan məhərrəm ayıdır. Fəzilətinə, mahiyyətinə görə Allahın fərqləndirdiyi ayların içərisində məhərrəm ayı xüsusi yer tutur. Çünki bu ayı müsəlman dünyası hüzn və əzadarlıq ayı kimi qəbul edir. Hicri-qəməri tarixin 61-ci ilində məhərrəmin onuncu günü Peyğəmbərin(s) sevimli nəvəsi İmam Hüseynin(ə) Kərbəla qiyamı, İslam tarixinin unudulmaz Aşura günü-İmamın(ə) qətlə yetirildiyi gündür. Allah-Təalanın seçdiyi bu ay müsəlmanlar üçün həmişə əziz tutulmuş, bu ayın bərəkətindən və rəhmətindən bəhrələnməyə çalışmışlar. Qurani-Kərimin yüksək dəyərləndirdiyi məhərrəm ayında 1400 illik bir tarixə malik Aşura mərasimi adlı bir məktəb yarandı-İmam Hüseyn(ə.s) məktəbi. Hər il və dünyanın hər yerində insanlar Aşura gününü acı göz yaşlarıyla yad edir, bu günün fəlsəfəsindən bəhrə aparırlar.

İllər, əsrlər ötdükcə İmamın(ə) şəhadəti azadlığın mahiyyətini bəşəriyyətə daha dərindən anlatmaq, mübarizliyin və zülmə qalib gəlməyin yolunu daha aydın göstərmək qüdrəti artır. Tarix boyu əsarət altında inləyən bəzi dünya xalqları bu məktəbin dərkindən bəhrələnərək istiqlaliyyətlərini əldə edə biliblər. Çünki İmam Hüseynin(ə) 72 tərəfdarı ilə Kərbəlada göstərdiyi yenilməzlik təkcə İslamın aradan getməsinin qarşısını almaqla bitmədi, eyni zamanda insanlar üçün sönməz bir hidayət çırağı, nicat gəmisi oldu. “Hər kəs ki, bu gəmiyə sakin olar, demək ki, qurtuluş tapar” fəlsəfəsi yarandı. Odur ki, məhərrəm ayında baş vermiş Kərbəla hadisəsi, Aşura günü bütün fəzilətləri və insanlıq üçün hidayət və yaxşılıqları ilə İmam Hüseynin(ə) və Onun silahdaşlarının vücudunda açıq zühur etdiyi vaqeə və gündür.

Xalqımız da dünya müsəlmanları, Əhli-beyt aşiqləri kimi hər il məhərrəm ayını hüzn və əzadarlıq ayı, Aşuranı Peyğəmbərdən(s.ə) sonra İslamın qurtuluş günü, İmam Hüseynin(ə) şəhadətini zülmün ərşə yüksəldiyi, dünyanın ən ağır müsibət günü kimi yad edir. Bu günlərdə əza saxlamaq böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir müsəlman övladı üçün onun mənəvi zənginliyi, mübarizliyi, vətəninə, xalqına, dininə gərəkliyi üçün vacib sayılmalıdır. Çünki İmam Hüseyn(ə) məktəbini keçmədən zülmün artdığı, cəmiyyətlərdə haqqın və ədalətin bərpaya ehtiyacı olduğu, müsəlman dünyasının və müsəlmanların hər yerdə qanının axıdıldığı dünyada mübarizə yolunu düzgün seçmək mümkünsüzdür.

Bu gün dininmizə müxalif olan qüvvələr hiylə və fitnələri ilə İslamı yaşadan Aşura məktəbinin bəşəri dəyərlərini zəiflətməyə çalışırlar. Onlar İmam Hüseynə(ə) insanların köksündəki eşq və sevgisini, bu məktəbin bəhrəsi olaraq zalıma və zülmə qarşı kin və nifrəti söndürməyə nə qədər səy göstərsələr də buna nail ola bilmirlər. Şünki Aşura xeyrin şər üzərində qələbəsi, bəşəriyyətin xilası olan İslam dininin və deməli Allahın qələbəsidir.

Hazırki dövrdə xalqımızın qəlbində və ruhunda bu qələbənin yaşanmasının nə qədər vacib və önəmli olduğu öz təsdiqini tapdı. 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızın əsarətdən azad olunmasında İmam Hüseyn (ə) məktəbinin şanlı əsgərlərimizin ruhunda hansı təsirə malik olmasını açıb göstərdi. Bu baxımdan AİP ölkə səlahiyyətlilərini xalqımıza İmam Hüseynin(ə) Aşura mərasimini keçirmək üçün ən uyğun şərait yaratmağa çağırır. Bu, xalqımıza qarşı gələcəkdə baç verə biləcək təcavüzləri vaxtında dəf etmək üçün lazım və vacibdir. Azərbaycan xalqı həm də dünya xalqları içərisində Əhli-beytə sədaqəti və məhəbbəti ilə, İmam Hüseynin(ə) Kərbəla məktəbinin qəhrəmanlıq və qələbə ruhiyyəsini yaşatmağı ilə səciyyələnir və seçilir.

Xalqımız hələ 70 illik sovet diktaturasının qılıncı altında olarkən belə Aşura mərasimlərini, İmam Hüseynin(ə) Kərbəlada yaşanan unudulmaz səhnələrini geniş qeyd etməyə, meydanlarda yaşatmağa nail olmuşdur. Cəmiyyətimizin tarixinə, mədəniyyətinə, mental xüsusiyyətlərinə dərindən bələd olanlar bilirlər ki, Aşura məktəbi bu xalqın qanında və canındadır. Hələ vaxtilə mərhum prezident Heydər Əliyevin “Yolumuz İmam Hüseyn(ə) yoludur” çağırışı məhz bu gün üçün daha aktual və daha önəmlidir.

Məhz bu çağırış və bu əhval-ruhiyyə ilə doğma Qarabağımız işğalçı etrməni quldurlarından təmizlənəndi. Xalqımızı bu nemətdən təcrid etməyə heç kəs haqq etmir və heç bir təzyiq buna səbəb ola bilməz.

Biz bir daha əziz, heç zaman unudulmaz bəşəri hüzn və əza ayı-məhərrəm ayının gəlişi münasibətilə başda İmam Zaman(ə.f) olmaqla xalqımıza, şəhidpərvər dünya müsəlmanlarına başsağlığı verir, əziz Azərbaycan Əhli-beyt aşiqlərinə bu ayın bərəkətli anlarını, iman dolu əza və hüzn məclislərini, Allahdan tükənməz sevgi və mərhəmət diləyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button