ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

13-cü prezident seçkiləri namizədlərinin debatı

İranda 13-cü prezident seçkiləri namizədlərinin iqtisadi mövzular ətrafında olan ilk debatı keçirilib.

 sual püşk əsasında Seyyed Ebrahim Rəisidən soruşulub. İstehsalın maneələri və onların aradan qaldırılması yolları.

İbrahim Rəisi belə cavab verib: “İstehsalın rövnəq tapması üçün istehsal üçün cazibədarlıq yaradılmalıdır. Və qeyri-məhsuldar iqtisadi işlərin cazibədarlığını azaltmalıyıq. İstehsalçıların vergilərinin azaldılması və qeyri-məhsuldar iqtisadi işlər üzrə verginin yaradılması üçün mexanizmlər qurulmalıdır”.

İkinci sual Mohsen Rezayidən soruşuldu; büdcənin hazırlanması prosesində problemlərin kökü və onun həll yolu.

Mohsen Rezayi deyib: “Dövlətin iqtisadiyyat, iqtisadiyyatın da xalq ilə əlaqəsi tənzim edilməyibdir”.

Üçüncü sual isə Əbdunnaser Hemmətiyə verildi; bank üzrə superborclular ilə mübarizə üçün hansı mexanizm islahatları lazımdır?

Əbdunnaser Hemməti belə cavab verib: “Mən bir iqtisadçı kimi sərvətin istehsalına və onun ədalətlə paylanmasıa diqqət yetirirəm. Həm iqtisadiyyat tortunu böyüdəcəyəm, həm də tortu ədalətlə paylacağam”.

Dördüncü sual ilə Mohsen Mehrəlizadəyə müraciət edildi; vergidən qaçmaqla bağlı hansı proqramınız var?

M. Mehrəlizadənin cavabı belə olub: “Mən iki il bundan öncədən bir proqram üzərində işləmişəm. Bu proqram bütün sahələrdə bütün həll yollarına, həmçinin müxtəlif bölmələr barədə üç fərqli əlavəyə şamil olur və bu onları öz saytımda yerləşdirəcəyəm”.

Beşincu sual Seyyed Əmir Hoseyn Qazizadə Haşemidən soruşuldu; sizin milli pulun dəyərinin gücləndirilməsi üçün həll yolunuz nədir?

Seyyed Əmir Hoseyn Qazizadə Haşemi deyib: “Əgər başlıca problem kimi inflyasiyanı nəzarətə ala bilsək, milli pulun dəyərini qoruya bilərik. Əlbəttə, sonrakı məsələlər riyalın hökmranlığıdır”.

Altıncı sualla Əlireza Zakaniyə müraciət olundu; likvidlik həcminin nəzarətə alınması və onun istehsala yönləndirilməsi üçün hansı həll yolunu təklif edirsiniz?

Əlireza Zakani belə cavab verib: “Likvidlik həcmi üç trilyard 500 trilyon tüməndən çoxdur ki, onun səbəbi, ölkədə çox güclü pulun istehsalıdır. Macəranın həll yolu, likvidliyi həll etmək, bankları qovuşdurmaq və informasiyanı vergi sistemnin xidmətinə qoymaqdır”.

Yeddinci sual isə Səid Cəlilidən soruşuldu; sizin məhrumluğun aradan qaldırılması üzrə proqramınız nədir?

Səid Cəlilinin cavabı belə olub: “Bizim bu iş üçün bir neçə əsaslı proqramımız var. Bu proqramlardan biri budur ki, xalqın enerji istehlakındakı payından olan haqqını ona verməliyik ki, bu işi «uan» adlı bir layihədə tərif etmişik ki, bu haqq xalqa verilmiş olsun”.

İranda prezident seçkilərinə yeddi namizəd arasında ilk seçki debatlarının birinci hissəsi üç saat müddətinə keçirildi. Bu debatdan sonra namizədlər daha iki mərhələdə debatda iştirak edəcəklər və əslində İranın səksən milyonluq xalqının gözləri qarşısında qarşıdakı dörd ildə ölkəni idarə etmək üzrə öz proqramları və iş gündəmlərini təqdim edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button