ArxivXəbər lentiXəbərlər

İran, Azərbaycan Respublikasının sağlamlıq turistlərinin məqsədi

Müalicə turizmi tüstüsüz bir sənaye kimi bu gün dünyada neft və qızıl sənayelərindən daha yuxarı sənaye kimi qeyd olunur.

Bu sənaye İran İslam Respublikasında ilk addımlarını atır, amma bununla belə, Azərbaycan Respublikası daxil olmaqla müxtəlif ölkələrin sağlamlıq turistlərinin məqsədidir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Məhəmməd İbrahiminin bildirdiyinə görə, ildə təqribən bir milyon nəfər Azərbaycan Respublikasından İrana səfər edir ki, onların çoxu müalicə məqsədilə İrana səfər edir.

Tehrandan və İranın digər vilayətlərindən əlavə, Qərbi və Şərqi Azxərbaycan, Gilan və Ərdəbil vilayətləri yolun yaxınlığı, mədəni ortaqlıq və münasib müalicə mərkəzləri, bunlardan daha mühümü, təcrübəli həkimlərə malik olma baxımından ötən onillikdə daim münasib gedişlə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının sağlamlıq turistlərinin məqsədi olublar.

Hərçənd İranın müalicə mərkəzlərinə və iranlı həkimlərə müraciət edənlər tibb və müalicə xidmətlərinin keyifiyyətindən razılıq edirlər, amma bu tüstüsüz sənayenin rövnəq tapması və yaranmış fürsətin gücləndirilməsi üçün prinsipial proqramlaşdırma lazımdır.

İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı Sağlamlıq Mərkəzinin müdiri doktor Seyid Bəhmən Sübhani bu sahədə mühüm sərhəd şəhərlərində nümunəvi sağlamlıq mərkəzlərinin yaradılması, elektron formasında informasiyalar mübadiləsi və elekron işlərin təşkili, xəstələrin işlərinin izlənilməsi sisteminin təşkili və onların razılıqlarının dəyərləndirilməsi, sərhəd və gömrük terminalları və sıfır sərhəd nöqtələrində xarici xəstələrin cəzbi və istiqamətləndirilmələri sistemlərinin yaradılması, xəstələrin və onları müşayiət edənlərin otellə təmin olunmaları vəziyyətinin yaxşılaşdırılması və xarici xəstələrin cəzbinin durumunun yaxşılaşdırılmasını təsirli sayır.

O, sərhəd məntəqələrində vasitələrin yığışdırılması və xas bir aparatla idarə etmə ilə vahid bir müdiriyyətin yaradılmasını sağlamlıq turizminin gücləndirilməsinin digər həll yollarından adlandırıb.

Hazırda İranın müalicə turizmindən payı, ildə 400-500 milyon dollardır ki, məqsədyönlü proqramlaşdırma ilə bu miqdar bir neçə qat artmaq artırıla bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button