ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ailəsi 26 gündür həbsdə aclıq edən Zamin Salayevin səhhətindən narahatdır

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 26 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti ağır olaraq qalır. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Zamin Salayevin sağlıq durumundan ailəsi narahatdır.

“Atamla son günlər telefon əlaqəmiz kəsilib. Görünür ona ailəsinə zəng etmək üçün imkan vermirlər. Qanunsuz olaraq ailəsi və yaxınları ilə görüşünə ümumiyyətlə qadağa qoyulub. Son telefon danşığımız zamanı aclığı sonadək davam etdirəcəyini dedi. Mədəsindən qan gəlirdi”, Zamin Salayevin oğlu Oqtay Salayev Turana deyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, qanunsuz olaraq Zamin Salayevin ailəsi və yaxınları ilə görüşünə qadağa qoyulub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli facebook səhifəsində partiya f’əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb.

“Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandrımağa çağırıb.

Öz növbəsində Penitensiar Xidmətdən Turana bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

“Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button