ArxivXəbər lentiXəbərlər

Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Qafqaz.ir-a APA-ya istinadən xəbər verir ki, hökumət başçısı təbrikində Qurban bayramının İslam dünyasında ən böyük və dəyərli bayram olduğunu bildirib.

“Müxtəlif millət və dinlərin nümayəndələri Gürcüstanda bir-biri ilə harmoniya şəraitində yaşayır. Çoxmillətlilik ölkəmizin zənginliyi və nailiyyətidir. Gürcüstanda müsəlmanların ölkə quruculuğunda rolu böyükdür. Bu gün də müsəlman vətəndaşlarımız ölkənin keşiyindədir və güclü, inkişaf etmiş Gürcüstanın qurulmasına öz töhfələrini verirlər. Sizi Qurban bayramı münasibətilə təbrik edərək ümumi vətənimiz üçün sülh və tərəqqi arzu edirəm”, – deyə G. Kvirikaşvili təbrikində qeyd edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button