AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanlı şair və məddah: Şəhid Süleymani İslam ümməti arasında uca məqama sahibdir

Hacı Gülbala Fənayi: Şəhid Süleymani və onun döyüş yoladaşlarının İslam ümməti arasında uca məqamı vardır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyaləti Mədəniyyət və İslam İrşadı İdarəsinin təşəbbüsü ilə şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamlarının anılması istiqamətində vebinar keçirilib. Vebinarın natiqlərindən olan Azərbaycan Respublikası vətəndaşı ruhani və Əhli-beyt (ə) şairi Hacı Gülbala Fənayi Fatimiyyə günləri və Hacı Qasim Süleymaninin şəhadəti münasibətilə Ali Məqamlı Rəbhərə və İslam ümmətinə başsağlığı verib. O, çıxışının davamında Qarabağ şəhidlərini uca tutub, Quran ayələrinə istinad edərək şəhidlərin həmişə diri olduğunu, onların həyatının əbədi olduğunu və Allahın yanında Onun ruzilərindən bəhrələndiklərini vurğulayıb.

Əhli-beyt (ə) şairi əlavə edib: “Şəhadət Allahın böyük nemətlərindəndir. Bu mövzu həm ayələrdə, həm də rəvayətlərdə açıq bəyan edilmişdir. Hacı Qasim Süleymani kimi şəhidlər həmişə Allah yolunda hərəkət ediblər, bütün işləri, hətta yemək yemələri, baxışları da Allaha üçün olmuşdur. Ona görə də İslam ümməti arasında onların uca məqamı vardır.”

Hacı Gülbala Fənayi çıxışının sonunda şəhid Qasim Süleymani barədə yazdığı şeri oxuyub. Həmin şeiri təqdim edirik:

Ey Əlinin Maliki, Qasim salam olsun sənə

Ey könüllər mülkünə hakim, salam olsun sənə

Afərin ol madərə bəxş etdi səntək bir igid

Əsdi zalımlar hüzurunda sənin manəndi bid

Qəhrin ilən vasil oldu atəşə qövmü-İŞİD

Nəqd canilən yetişdin vəsli yarə ey şəhid

Hər nə qədər aləm durur daim salam olsun sənə

Ey Əlinin Maliki, Qasim salam olsun sənə

Ey könüllər mülkünə hakim, salam olsun sənə

Nərə çəkdin daxil oldun şirtək meydanlara

Həmlə etdin tülküxislət qorxacaq dovşanlara

Torpaq üstə axmadı qanın süzüldü canlara

Getməyinlə dağlar çəkdin bütün aslanlara

Ki, sevindi düşməni-zalım, salam olsun sənə

Ey Əlinin Maliki, Qasim salam olsun sənə

Ey könüllər mülkünə hakim, salam olsun sənə

Abidə əfkaruvə bülbül güldü bağ dad eylədi

Göz yaşın canı bu gün Samira Bağdad eyədi

Həm Nəcəf, həm Kərbəla bir yerdə fəryad eylədi

Bu müsibətdə Fənayi sənnən imdad eylədi

Söylədi Badkubəni qaim, salam olsun sənə

Ey Əlnin Maliki, Qasim salam olsun sənə

Ey könüllər mülkünə hakim, salam olsun sənə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button