AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ağıl və batin aləmində işğalçılıq-Əli Rəbii

Qafqaz Həqiqətləri xəbər verir ki, Prezidentin ictimai əlaqələr üzrə köməkçisi və dövlət mətbuat katibi Əli Rəbii bir məqalədə Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimilə diplomatik münasibətlər qurmasına toxunub. Məqalədə yazılıb:

“Əsrin sazişi” adını almış xəyanət dağı siçan doğdu və Fars körfəzinin o tayında dərrakəsiz bir əmir müharibə, cinayət və Qüdsün işğal edilməsinin normallaşdırılması maşınında dəyərsiz bir möhrə olmağa üstünlük verdi. Bu, seçki hədiyyəsi idi Tramp üçün və həyasız bir hədiyyə idi işğalı təbiiləşdirməkdən aciz qalmış Netanyahu üçün. Doğrusu, bu ilk dəfə deyil ki, İslam mədəniyyətinin bir guşəsində bir əmir, hakim ya xan Qüdsə xəyanət etməsinə don geyindirir.

Hicri-qəməri 7-ci əsrinin tanınmış tarixçisi İbn Əsir Qüdsü satan bədnamlardan birinə işarə edərək yazır: “Beytül-müqəddəsi avropalı xaçpərəstlərə təslim etmək müsəlmanlar üçün bir süstlük sayılır və vəsfedilməz dərəcədə ağrılıdır. Allah Qüdsün fəthi və onun müsəlmanlara qayıtması yolunu açsın.”

O xainlər tarixdə özləri üçün rüsvayçılıq izindən başqa bir şey qoymayıblar. Lakin Qüdsün fatehi Səlahəddin Əyyubinin adı tarixdə həmişə parlayır. Deyirlər o vaxtlarda Hələb şəhərində bir dülgər Məscidül-əqsa üçün minbər düzəltmişdi. Ondan soruşdular ki, Qüds xaçpərəstlərin işğalındadır, sənin minbərin nə dərdə dəyir? Cavab verir: – Mən dülgərəm və öz işimi gördüm. Bir gün birisi gələr, o minbəri Məscidül-əqsaya aparar.

İşğalçılar təlaş edilər bizim fikir və batin aləmimizi elə işğal etsinlər ki, Qüdsün azad olunmasını ağlımıza belə gətirməyək. Bir neçə gün bundan əvvəl 86 il yasaqdan sonra ilk cümə namazını və ilk Qurban bayramı namazını Ayasofiyada qılanlar, bu ibadi-siyasi mərasimində böyük bir potensialı nümayiş etdirdilər. Möminlərin ibadət etməsi üçün Ayasofiyanın açılması, İslam tarix və mədəniyyətində böyük açılış idi.

Son üç əsrdə imperializm şərqşünaslığı xalqlar arasında millət, məzhəb və mədəniyyət ixtilaflarını qabartmaqla bizim ortaqlıqlarımızı elit və kütlənin qaranlıq aləmində saxlamağa təlaş etmişdir. İndi o möhtəşəm cümə namazı tablosunu görməklə Məhəmməd (s) ümməti mədəniyyətinin bütün ortaqlıqlarına tamaşa etmək olar.

İndi Ayasofiya məscidinin dörd minarəsindən azanın ruh oxşayan səsinin ucalmasında Qüdsün azadlığının səsini eşitmək olar. İsfahandan İstanbula, Bəlxdən Buxaraya, Bağdad, Qahirə və Hicaza qədər , Qüdsün yolu o vəhdətdən keçir ki, Məhəmməd (s) ümməti peykərinin parçaları İslam və demokratiya arasındakı tərkib və kompozisiyada bir-birinə və dünyaya aid edir. Bütün dünya Ayasofiyadakı o möhtəşəm cümə namazının gözəl tablosunda gördü ki, məscidin namazqılanların üzünə açılması onun İbrahim dini ardıcıllarına və müasir bəşəryyətin üzünə bağlanması anlamına deyildir. O məsciddə həm həzrət Məryəmin ətri yayıldı, həm də o Peyğəmbər (s) səhabələri və həzrət Məhəmmədin (s) gözünün nuru olan Həsən və Hüseyn gözəl lövhəsi altında müsəlmanların vəhdət nidası ucaldı. Tarixin daha yüksək orbitində bu təcrübəni daha möhtəşəm və daha çox yaradıcılıqla Qüdsdə təkrar etmək olar.

Ayasofiyadan Qüdsə qədər elə də uzaq deyildir. Prezidentin İntifadaya dəstək beynəlxalq konfransında dediyi “Öz ana vətənindən köçkünlük və ayrılığın mətnində kədər mənzilindən bir xatirə və ata evindən bir kərpic özləri ilə apardılar və övladlarına öyrətdilər ki, bir gün öz evlərinə qayıtmalıdırlar” təbirilə desək, fələstinlilər işğalçılığın normallaşdırılması qarşısında həmin müqavimətin, yəni tarix yaddaşı müqavimətinin digər bir cilvəsini nümayiş etdirdilər. Önəm daşıyan budur ki, işğalçıların, yaxud sanksiya tətbiq edənlərin zehin və batinimizin bütövlüyünü işğal etməsinə, işğalı təqdirimiz bilməyə, onun adiləşməsinə icazə verməyək. Unutmayaq ki, UNESCO Qüdsün islami tarixini rəsmi şəkildə tanıdıqdan və təsdiq etdikdən sonra Tramp və Netanyahu necə fəryad qopardılar və nüvə sazişindən çıxmağı BMT, İnsan Haqları Şurası və UNESCO əleyhinə çıxmaqla bir-birinə bağlamağa necə səy edirdilər. Orada İranın düşmənləri sanksiya əməliyyatı və işğalçılıq əməliyyatını bir sırada qruplaşdırdıqları üçün bilmək lazımdır ki, sanksiya qarşısında müqavimət də işğalçılıq əleyhinə müqavimətdir.

Mənbə: İran qəzeti

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button