ArxivXəbər lentiXəbərlər

Yasamalda evləri sakinlər içində, gecəylə sökməyə başladılar FOTO VİDEO

Evləri sökülmək təhlükəsində olan sakinlər yolu bağlayaraq etiraz ediblər.

“Burada 10-a yaxın mənzil var. Bir qədər əvvəl 3 mənzili sökməyə cəhd göstərdilər.Mənzillərdən biri çoxuşaqlı anaya məxsusdur. Kompensasiya vermədən, gecə saatlarında onları mənzillərdən çıxarmağa cəhd etdilər. İnsanlar da yola çıxıb buna etiraz etdilər…”, – deyə Azadlıq Radiosu etirazçılara istinadla xəbər verir.

Sökülən evlər Hüseyn Cavid-566 ünvanındakı binanın həyətində yerləşir. Sakinlərin deməsinə görə, binanın sahibi olan şirkətin əməkdaşları texnikaların gücü ilə gecə saatlarında həyətdəki mənzilləri sökməyə cəhd edib.

***

Bakının Hüseyn Cavid prospektində, Salyan kazarması tərəfdə yerləşən yaşayış massivində sakinlər içində ola-ola evləri sökməyə başlayıblar. Yaşayış massivinin yerində Olimpik Star İdman Kompleksinin tikiləcəyi deyilir.

“Bastainfo.com” yazır ki, əldə etdiyi məlumata görə, evlərin gecə sökülməsinə səbəb sakinlərin tələb etdiyi məbləğin verilməməsi, şirkətlə sakinlərin razılığa gəlməməsidir.

Polis dəstəsinin iştirakı ilə aparılan bu əməliyyat sakinlərin narazılığına səbəb olub, insanlar evlərindən çıxmaq istəmirlər. Polis əhaliyə qarşı zoraklıq tətbiq edir.

İnsanlar tələb etdikləri məbləğ verilməyəcəyi təqdirdə evlərini tərk etməyəcəklərini bildirirlər.

Son məlumata görə artıq bir ev sökülüb, bir ailə bütövlükdə küçədə qalıb.

Hələki hadisə yerində polislə sakinlər arasında qarşıdurma davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button