ArxivXəbər lentiXəbərlər

Türkiyəli cərrahın Xankəndində pulsuz ürək əməliyyatı

Qarabağ terrorçu, nankor erməni ürəklərinə dağ çəkəcək Azərbaycan, türk oğullarını gözləyir…

Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə Türkiyə əsilli cərrah Ara Uquryan da təşrif buyurdu.

Qondarma rejimin “səhiyyə nazirliyi”nin dəvəti ilə Xankəndindəki tibb mərkəzində fəaliyyətə başlayan həkim bir neçə gün ərzində 10-12 erməninin ürəyini müalicə, yaxud əməliyyat etməyi planlaşdırır. Avqustun 10-dan artıq müayinə və müalicələrə başlanıb.

Ara Uquryan bildirib ki, öncədən ilk növbədə arterial hipertenziya simptomları olan xəstələr müalicəyə cəlb edilib. Çünki bu halda yüksək texnologiyalardan istifadə etmək lazım gəlir. Bu məqsədlə cərrah Avstriyadan xüsusi ləvazimatlar da gətirib. Ehtiyac yaranacağı halda ermənilərin ürəkləri əməliyyat olunacaq.

Xəbərdə qeyd edilir ki, cərrah Ara Uquryan Türkiyədə anadan olub. O, hazırda Avstriyada yaşayıb işləyir və ən yaxşı tibb mütəxəssislərindən biri kimi nüfuz qazanıb.
P.S. Türkiyə prezidenti R.T. Ərdoğanın tez-tez xatırlatdığı kimi, qardaş ölkədə 100 mindən çox erməni yaşayır. Bəs görəsən, onlardan neçəsi o torpaqların çörəyinin qədrini bilir? Neçəsinin ürəyində Türkiyəyə qarşı sevgi var?…(modertaor.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button