ArxivXəbərlər

Aclıq aksiyası nəyi dəyişə bilər?

Azərbaycanda siyasi motivlə həbslərin sayı o qədər artıb ki, artıq nə dünya ictimaiyyətinin bütün həbslərə reaksiya verməyə macal tapır, nə də hakimiyyət qərbdən gələn təpkiləri qulaq ardı etməkdən vaz keçir.

NİDA Gənclər Hərəkatının üzvlərinə qarşı prokurorun 64 il azadlıqdan məhrum etmə cəzası tələb etməsi və buna etiraz etmədən hakimin ittiham aktını olduğu kimi oxuması həm gəncləri həm də onlardan 3-nün valideyinlərinin aclıq aksiyasına başlamasına səbəb oldu. Məhkəmənin aprelin 22-də qərar verəcəyi gözlənilir. Lakin həbsdə olan gənclərin valideyinləri bildirir ki, onlar məhkəmədən ədalətli qərar gözləmir, bu müddət ərzində gedən məhkəmə prosesi də göstərib. NİDA-nın həbsdə olan üzvləri də həbsxanada aclıq edir. Gənclər valideyinlərini bu addımdan çəkinməyə çağırsa da onlar öz qərarlarında qətiyyətli olublar. Aclıq edən analara artıq siyasətçilər, ictimai fəallar, jurnalistlər baş çəkib, Zaur Qurbanlının anası Səkinə Qurbanlının bu gün səhhəti pisləşdiyindən təcili yardım çağrılıb. Müsavat Partiyasının qərargahında aclıq keçirən valideyinlər hakimiyyətdən öz övladları üçün ədalətli qərar tələb edir. Lakin təcrübə göstərir ki, belə aksiyalarla hakimiyyət qərarını tam dəyişmir, ola bilər gənclərə hakim prokurorun tələb etdiyi cəzanı verməsin, bir qədər yumuşaltsın, ancaq onların sərbəst buraxılacağına inanmaq çətindir. O da ola bilər ki, hakim prokurorun tələb etdiyi cəzanı versin. Sözsüz ki, NİDA-çı gənclərin həbsi beynəlxalq aləmdə də səs salacaq, di gəl son zamanlar Azərbaycanda siyasi motivlə həbslərin sayı o qədər artıb ki, artıq nə dünya ictimaiyyətinin bütün həbslərə reaksiya verməyə macal tapır, nə də hakimiyyət qərbdən gələn təpkiləri qulaq ardı etməkdən vaz keçir./islamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button