ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Abzas Media işi”: daha 5 jurnalistin həbs müddəti uzadılıb

Jurnalistlər məhkəməyə gətirilərkən qeyri-insani rəftarla üzləşdiklərini deyiblər

“Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən daha 5 nəfərin – nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı Hafiz Babalı və Nərgiz Absalamovanın barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Sentyabrın 7-də Xətai Rayon Məhkəməsində Baş prokurorun birinci müavini Elçin Məmmədovun onlar haqqında verdiyi təqdimata baxılıb.

O, təqdimatda göstərib ki, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər jurnalistlərlə bağlı istintaq aparmaq üçün 10 ay kifayət etməyib.

Bu səbəbdən istintaq davam edir, ona görə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin uzadılmasına zərurət var.

Elçin Məmmədov jurnalistlərin istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay uzadılmasını istəyib.

Təqdimata hakim Sahibə Hacıyeva baxıb. Amma jurnalistlərlə bağlı məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

Jurnalistlər də, onların vəkilləri də təqdimatın əsassız olduğunu bildiriblər.

Jurnalistlər deyib ki, ölkədəki qanunsuzluqları, korrupsiyanı ifşa etdiklərinə görə şərləniblər.

Onlar bildiriblər ki, heç bir cinayət törətmədikləri halda, siyasi sifarişlə həbsdə saxlanılırlar.

Bütün məhkəmə proseslərində Sahibə Hacıyeva təqdimatı təmin edib və jurnalistlər haqqında həbs qətimkan tədbirinin müddətini dekabrın 20-nə qədər artırıb.

Vəkillər məhkəmədən sonra jurnalistlərə açıqlamalarında bildiriblər ki, Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcəklər.

Jurnalistlər məhkəməyə gətirilərkən Penitensiar Xidmətin əməkdaşlarının onlara qarşı qeyri-insani davranışından şikayətləniblər.

Onlar bildiriblər ki, məhkəməyə gətirilsələr də, isti havada yarım saatdan çoxdur ki, qaranlıq və darısqal dustaq maşınında saxlanılırlar, onları düşürüb məhkəmə binasına aparmırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button