ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ və Ermənistan birgə hərbi təlimlərə başlayıb

Təlimdə iştirak edən hərbçilərin sayı açıqlanmayıb
ABŞ və Ermənistan qoşunları birgə hərbi təlimlərə başlayıb.
Ermənistanın müdafiə naziri Suren Papikyan 10 günlük təlimlərin Ermənistan hökuməti üçün əhəmiyyətli olduğunu bildirib. Vurğulayıb ki, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyətinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir.
Mərasimdə ABŞ-nin Yerevandakı səfiri Kristina Kvien də çıxış edib. O, “Qartal Tərəfdaş 2024” təlimini “Ermənistanla uzunmüddətli tərəfdaşlığın sübutu” kimi qiymətləndirib.
Müdafiə Nazirliyi açıqlamasında bir daha bəyan edib ki, təlimdə Ermənistan sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrika qüvvələri, eləcə də Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edir.
“Onlar xəyali münaqişə zonasında birgə sülhməramlı əməliyyat zamanı sabitləşdirmə tədbirləri görməyə məşq edəcəklər”, – bəyanatda iştirak edən qoşunların sayı açıqlanmadan əlavə edilib.
85 nəfər ABŞ və 175 nəfət erməni əsgəri ötən ilin sentyabrında Yerevan yaxınlığındakı iki poliqonda oxşar təlim keçirib. İki ABŞ generalı Papikyanla birlikdə həmin təlimlərdən birini izləyib.
Rusiya və İran 2023-cü il təlimlərini tənqid edib. Rusiya Xarici İşlər Nazirliyi cümə günü son təlimləri də pisləyib. Nazirliyin sözçüsü Mariya Zaxarova deyib ki, onların məqsədi Rusiya və İranı regiondan çıxarmaqdır və bununla Rusiya-Ermənistan hərbi əlaqələrinə daha bir zərbə vuracaqlar.
Baş nazir Nikol Paşinyanın fevralda Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün “dondurulduğunu” elan etməsi ilə Yerevanın Moskva ilə əlaqələri son bir ildə daha da pisləşib. Paşinyan dəfələrlə ölkəsinin sonda hərbi alyansdan tamamilə çıxacağını bildirib. Paşinyanın siyasi müttəfiqləri, eləcə də Qərbdən maliyyələşən vətəndaş qrupları Ermənistanın ənənəvi geosiyasi oriyentasiyasında qərbyönlü dəyişikliyi alqışlayaraq, hökumətin Moskvanın təhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddialarını dəstəkləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button