ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Türkiyəyə təzyiq göstərəcək

Proqnoz: ABŞ Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyəyə təzyiq göstərəcək.

 Ermənistan Milli Elmlər Akademiyasının üzvü, türkoloq Ruben Safrastyan Armİnfo Xəbər Agentliyi ilə müsahibədə deyib: “Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına marağının artması müşahidə olunur. 

Onun fikrincə,  ABŞ Türkiyəni Qərbin bir hissəsi hesab edərək ondan Rusiya Federasiyasının Cənubi Qafqazda təsirini zəiflətmək üçün istifadə edəcək. Bu baxımdan, Birləşmiş Ştatlar Ankaraya təzyiq göstərərək Ermənistanla ilkin şərt olmadan münasibətləri normallaşdırmasını istəyəcək. 

Akademik hesab edir ki, Türkiyə də öz növbəsində NATO və ya ABŞ-la özünün strateji və çox vacib münasibətlərini pozmaqda qətiyyən maraqlı deyil. İkincisi isə bunu çox gözəl dərk edərək Ankara siyasi oyunlar oynamağa davam edir, müxtəlif mövzularda sövdələşməyə davam edir ki, bu da Türkiyə üçün kifayət qədər faydalıdır, əlbəttə ki, ABŞ da bu oyunda ondan əhəmiyyətli bir şey qoparmağa ümid edir. 

Türkoloq qeyd edib ki, bu geosiyasi fonda Ermənistanla münasibətlərin normallaşması Türkiyəyə imkan verəcəkdir ki, erməni soyqırımının tanınması məsələsində tərəf-müqabili güzəştə vadar etsin. Əks təqdirdə Ermənistanla münasibətlərin Türkiyə üçün xüsusi dəyəri yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button