ArxivXəbər lentiXəbərlər

İlham Əliyev: “Azərbaycan-İran əlaqələri bölgə üçün böyük önəm daşıyır”

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

Bu görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan Əliyev həmin əlaqələrin iki olkə, eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlıqların inkişafının məmnunluq doğurduğunu deyib.

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

İran ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Səadət İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib və bu məqsədlə Azərbaycan Respublikasının müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button