ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Dünya zahirdə özünü sivil göstərən diktatorların istəyi ilə idarə olunur

Ərdəbilin imam cüməsi deyib: “Amerika, İsrail, Fransa, İngiltərə və Ərəbistanın başçılığı ilə bir neçə ərəb dövlətinin yoxsul bir müsəlman ölkəsi olan Yəmənin yeganə əlaqə yolunu kəsmək üçün Əl-Hudəydə əyalətinə hücum etməsi çox təəccüblüdür. Bu hücum göstərir ki, dünya zahirdə özünü sivil göstərən diktatorların iradəsi ilə idarə olunur.”

Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili bu həftə Ərdəbildə keçirilən cümə namazı xütbələrində deyib: “Amerika, İsrail, Fransa, İngiltərə və Ərəbistanın başçılığı ilə bir neçə ərəb dövlətinin yoxsul bir müsəlman ölkəsi olan Yəmənin yeganə əlaqə yolunu kəsmək üçün Əl-Hudəydə əyalətinə hücum etməsi çox təəccüblüdür. Bu hücum göstərir ki, dünya zahirdə özünü sivil göstərən diktatorların iradəsi ilə idarə olunur.”

İmam cümə əlavə edib: “Yəmən qüvvələri bu ölkələrin müasir silahları qarşısında silahsız hesab olunur. Bu, dünya millətləri üçün çox böyük xəbərdarlıqdır ki, yer kürəsində bizim dövrümüzdə heç bir hüquqi və əxlaqi qayda-qanun hakim deyil.”

Ayətullah Amili vurğulayıb: “Beynəlxalq aləmin və insan haqları təşkilatlarının bu böyük cinayət qarşısında sükutu çox ağrılıdır. Hamısından heyrətlisi isə nəhs və şeytani güclərin yoxsul və silahsız insanlar qarşısında məğlub olmasıdır.”

Xətib bəyan edib ki, müasir silahlarla silahlanmış ölkələr husi döyüşçüləri ilə bacarmırsa, sözsüz ki, bizim ölkəmizlə heç bacara bilməzlər. Deməli, onların bizim ölkəmizə qarşı bütün təhdidləri psixoloji müharibədir. Əgər üç qüvvənin (dövlət, parlament və ali məhkəmə) məsulları daha artıq tədbirlər görsələr, ölkəmiz hazırkı problemlərdən asanlıqla ötüb keçər.

Ayətullah Amili çıxışının digər hissəsində deyib: “Bu qəti prinsipi yaddan çıxarmaq olmaz ki, düşmən heç vaxt bizim xeyirxahımız deyil və düşmən medialarının yaydığı xəbərlər bizim xalqımızın xeyrini istədiyinə görə deyil, öz nəhs məqsədini təmin etmək üçündür.”

İranın Suriyada iştirakına toxunan Rəhbərlik Ekspertlər Məclisinin nümayəndəsi deyib: “İranın Suriyada iştirakı yalnız İranın öz təhlükəsizliyi üçündür və İran Suriyada öz təhlükəsizliyindən başqa məqsədlər üçün bir rial da xərcləmir. Bu, bütün ölkələrin etdiyi bir işdir.”

İmam cümə xütbəsinin davamında deyib: “Fransa və İngiltərənin regionda iştirakı, onların son bombardmanlarda iştirakı ağır büdcələrin xərclənməsinə səbəb olur, lakin onlar bunun öz təhlükəsizlikləri üçün olduğunu deyirlər və öz təhlükəsizliklərini sərhədlərindən xaricdə təmin etməli olduğunu, düşmənin qapıya çatmasını gözləmədiklərini bildirirlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button