ArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“ABŞ-ın təzyiqləri qarşısında qələbənin yeganə yolu müqavimətdir”

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei iyunun 10-da Tehranda Venesula prezidenti Nikolas Maduro və onu müşayiət edən nümayəndə heyətini qəbulu zamanı verdiyi bəyanatda İran və Venesuelanın ABŞ-ın ağır təzyiqləri və hibrid müharibəsi qarşısında müqavimətinə toxunaraq bildirib: “İki ölkənin uğurlu təcrübəsi göstərdi ki, ABŞ-ın bu təzyiqləri ilə qarşılaşmağın yeganə yolu müqavimətdir.”

Həzrət Ayətullaül-üzma Xamenei, həmçinin İran İslam Respublikasının son illərdəki elmi-texnoloji nailiyyətlərinə və təşəbbüslərinə işarə edərək, əlavə edib ki, bu böyük addımlar İran xalqına qarşı ən ağır və misli görünməmiş sanksiyalar və təzyiqlərin tətbiq olunduğu bir şəraitdə atılıb. Amerikalılar özləri bunu “maksimum təzyiq kampaniyası” adlandırdılar. 

O həzrət qeyd edib ki, İran xalqının müqaviməti maksimum təzyiq siyasətini elə fiaskoya uğratdı ki, ABŞ-ın yüksək səviyyəli siyasi rəsmilərindən biri bu yaxınlarda bu məğlubiyyəti təsvir etmək üçün “rüsvayçı məğlubiyyət” ifadəsindən istifadə etdi.

Aliməqamlı Rəhbər İran və Venesuela arasında 20 illik əməkdaşlıq sənədinin imzalanmasını alqışlayaraq, buyurub: “Uzunmüddətli əməkdaşlıqlar, razılaşmaların icrasını və onların sona çatdırılmasını tələb edir”. 

Həzrət Ayətullaül-üzma Xamenei sonra İran və Venesuela arasında çox yaxın əməkdaşlığın mövcud olduğuna diqqət çəkib. “iki ölkənin heç bir ölkə ilə bu qədər yaxın əlaqələri yoxdur və İran İslam Respublikası risk anında riskə getdiyini və dostlarının əlindən tutduğunu göstərib”, – deyə İran Rəhbəri söyləyib. 

O həzrət söhbətinin davamında Maduronun anti-sionist mövqeyini də yüksək qiymətləndirib və əlavə edib: “Sizin İsrail rejiminə münasibətiniz çox düzgün və cəsarətli idi”.

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin də iştirak etdiyi bu görüşdə Venesuela prezidenti İranın ABŞ-a qarşı sərt mübarizəsində Venesuela xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib və deyib: “Venesuela çox çətin vəziyyətdə olanda və heç bir ölkə bizə kömək etmədiyi zaman siz qabaqcıl idiniz və bu şərtləri aradan qaldırdınız”.

Venesuelanın son illərdə çox çətin iqtisadi şərtlərdən keçdiyinə diqqət çəkən Maduro əlavə edib: “Dediyiniz kimi, amerikalılar ölkəmizə qarşı mərhələli və çoxölçülü müharibəyə başladılar, lakin biz müqavimət və embarqoların təqdim etdiyi imkanlardan istifadə edərək, ABŞ-ın təzyiqlərinə qarşı hərtərəfli mübarizəyə başladıq”. 

Venesuela prezidenti həmçinin ölkəsinin Fələstin məsələsini müqəddəs insani məsələ hesab etdiyini vurğulayıb və deyib: “Sionist İsrail rejimi Mossad vasitəsilə Venesuelaya qarşı planlar hazırlamaqda davam edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button