AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ-ın əməkdaşlığı ilə Avropaya narkotik tranzitində Bakının əsas rolu

Avrasiya məsələləri üzrə ekspert: “Əliyevin iftiraları sionist-osmanlı Turan dəhlizi planının iflasa uğraması və İranın şimal-qərbində keçirilən hərbi təlimlərdən narahat olduğu üçündür.”

Qafqaz Həqiqətləri xəbər verir ki, dünən Azərbaycan Respublikası prezidenti İlham Əliyev yeni anti-İran absurd açıqlamasında Ermənistanın İranla əlbir olaraq Avropaya narkotik maddələr daşıdığını iddia edib.

Əliyev Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında iddia edib ki, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib.

Avrasiya məsələləri üzrə ekspert Əhməd Kazimi Əliyevin İran və Ermənistanın  əməkdaşlıq edərək Avropaya narkotik tranziti ilə bağlı açıqlamasını bir neçə cəhətdən etibarsız və eyni zamanda riyakarlıq adlandıraraq deyib: “Birincisi, Birləşmiş Millətlər Təşkilatının Narkotik Maddələr və Cinayətlər Mübarizə İdarəsi də daxil olmaqla, beynəlxalq təşkilatların hesabatlarına görə, İran narkotik tranziti və qanunsuz dövriyyəsi ilə mübarizədə lider ölkədir. Narkotik maddələrlə mübarizənin beynəlxalq və qanuni himayəçisi olan bu İdarənin başçıları İranın narkotik maddələrlə mübarizədə mövqe və fəaliyyətini dəfələrlə alqışlayıblar və digər ölkələrə nümunə olaraq göstəriblər.

BMT-nin sözügedən İdarəsinin 2020-ci il üçün hesabatına görə, dünyanın tiryək sahəsində kəşflərinin təxminən 90% -i, morfin sahəsində 48% -i və heroin sahəsində 26% -i İran tərəfindən kəşf edilmişdir.

Bu o deməkdir ki, narkotiklə mübarizədə və bu baxımdan beynəlxalq ictimaiyyət üçün qlobal təhlükəsizliyin yaradılmasında İran kimi belə rol və səviyyəyə malik heç bir ölkə yoxdur.”

Ekspert təkcə 2020-ci ildə İranın 1200 ton narkotik maddə kəşf edərək onu məhv etməsini vurğulayaraq deyib: “Ötən illərdə, xüsusilə də Əfqanıstanın 2001-ci ildə işğal edilməsindən sonra bu ölkədə narkotik maddələrin becərilməsi ciddi şəkildə artdı və statistikalar göstərir ki, işğaldan əvvəlki illərlə müqayisədə bu maddələrin becərilməsi 40 dəfə artmışdır.”

ABŞ, İngiltərə və Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (BTDQ) Əfqanıstanda yerləşməsinə baxmayaraq narkotik maddələrin becərilməsinin 40 dəfə artmasının səbəblərinə toxunan Kazimi deyib: “Bunun səbəblərindən biri amerikalıların Əfqanıstanda alternativ becərmə öhdəliklərini yerinə yetirməmələri olub. Ancaq əsas səbəb ABŞ və müttəfiqlərinin Əfqanıstandakı müharibəni və bölgənin işğalı planını maliyyələşdirmək üçün qəsdən tranzit və narkotik ticarəti ilə bağlı gəlirlər üzərinə hesab açmasıdır. Elə həmin səbəbdən bu dövrdə Əfqanıstanda ənənəvi dərmanlardan əlavə, meftamin və şüşə kimi sənaye dərmanlarının da adi hal aldığını görürük.”

Ekspert Azərbaycan Respublikasının amerikalıların əməkdaşlığı ilə Əfqanıstandan narkotik maddələrin Avropaya tranzitində əsas rol oynadığını qeyd edərək deyib: “Narkotik maddələrin Əfqanıstandan Avropaya ötürülməsində Azərbaycan Respublikasının rolunu iki aspektdən qiymətləndirmək olar. Birincisi, Azərbaycan Respublikası BTDQ çərçivəsində Əfqanıstana sülhməramlı qüvvələr göndərmək adı ilə həmin qüvvələrdən bu ölkədəki xaşxaş sahələrini qorumaq üçün istifadə etmişdir. İkincisi, Azərbaycan Respublikası narkotik maddələrin Əfqanıstandan Avropaya ötürülməsi, ABŞ və BTDQ təyyarələrinin Kabildən Bakıya və Bakıdan Avropa ölkələrinə uçuşları üçün əsas yol və dəhliz idi. Bu uçuşlar hərbi, maddi-texniki və dəstək transferləri adı altında həyata keçirilirdi.”

Kaziminin sözlərinə görə, Bakı hava limanı Əfqanıstanın Avropaya hava dəhlizinin dəstəklənməsində və bu vasitə ilə narkotik maddələrin ötürülməsində əsas rol oynayıb və eyni səbəbdən Azərbaycan prezidentinin İran və Ermənistanın rolu ilə bağlı açıqlaması riyakarlıq və əsl məntiqdən uzaq kimi qiymətləndirilir.

İlham Əliyevin belə anti-İran iftirasının əsas səbəbini izah edən ekspert deyib: “Belə görünür ki, İlham Əliyevin bu açıqlaması ilk növbədə sionist-osmanlı Turan dəhlizi planının iflasa uğraması və Bakı hökumətinin sionist rejimi və Türkiyənin dəstəyi ilə həyata keçirmək istədiyi geosiyasi təxribatın qarşısını alan İran Silahlı Qüvvələrinin şimal-qərb sərhədlərində həyata keçirdiyi iqtidarlı hərbi təlimlərə görə narahatlığı üzündəndir. Bu cür qeyri-adi açıqlama və bu iddiaların səbəbi qeyd etdiyimiz mövzudur.”

Ekspert vurğulayıb ki, İran İslam Respublikası narkotik maddələrlə mübarizə mövzusunda bütün ölkələrin, təşkilatların və beynəlxalq ictimaiyyətin birgə məsuliyyəti prinsipinə təkid edir. İran ötən 40 ildə narkotik maddələrlə mübarizədə minlərlə şəhid verib və bu kimi məsələlər Azərbaycan Respublikası kimi kiçik ölkələrin dosyesində görünmür.

Kazimi deyib: “Narkotiklərlə mübarizə baxımından Avropa təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alan İran İslam Respublikası, bu ümumi qlobal məsuliyyət çərçivəsində Avropa ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycan Respublikası (bu yeni azad edilmiş torpaqlarında xaşxaş sahələrinin becərilməsi ilə bağlı son vaxtlar KİV-də xəbərlər dərc olunub) da daxil olmaqla hər bir ölkənin roluna xüsusi diqqət yetirməsini gözləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button